
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda 0:3 hesabı ilə uduzduğu "Budyo-Qlimt"ə evdə 5 cavabsız qolla qalib gələrək 1/4 finala yüksələn "Sportinq"in baş məşqçisi Ruy Borjeş Portuqaliyadakı matçın ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Budyo-Qlimt"in nəyə qadir olduğunu bilirdik, amma bu gün meydanda ən yaxşı "Sportinq" var idi. Səfər məğlubiyyətinin ardından çıxdığımız ilk məşqdəcə birliyimizi hiss etmişdim. Bu, tam başqa, sərhədsiz bir enerji idi. Matçdan öncə azarkeşlərimizin də sayəsində intuisiyam mənə fərqli bir axçam olacağını deyirdi. Taktika öz yerində, bu nəticə inam və intensivlik sayəsində qazanıldı".
Toğrul