10:49 10.04.2026 1029

Hakim səhvi və emosional açıqlama - AFFA heç kimə güzəşt etmədi

Aprelin 3-də AFFA-da illik Hesabat Konfransı keçirildi. Orada bəzi strateji gedişlər açıqlandı. Baş katib Cahangir Fərəcullayev assosiasiyanın prioritet istiqamətlərindən söz açdı. Konfransdan sonra mətbuatı maraqlandıran məsələlərə də aydınlıq gətirildi. Qurumun prezidenti Rövşən Nəcəf jurnalistlər önündə suallara hazır və sərbəst görünürdü. Medianı maraqlandıran bir çox nüanslar cavabsız qalmadı.

Həmin axşam həm də ölkə kubokunun 1/2 final oyunları keçirildi. "Qarabağ" - "Sabah" oyununda son illərin tamaşaçı rekordu bir anda iki dəfə artdı. Oyuna 21 mindən artıq azarkeş gəlmişdi. 

"Zirə" - "Turan-Tovuz" qarşılaşması da maraqla gözlənilirdi. Azarkeş marağından daha çox, görüş turnir nöqteyi-nəzərindən prinsipiallıq vəd edirdi. Cütlük qarşıya qoyulan məqsədə hələ çatmayıb. Kubok yolu avrokuboklara vəsiqə baxımından əlavə şansdır. 

Sözügedən matçın hakimləri məsuliyyətsizliklə tək oyunu korlamadılar, etimad göstərənlərə də zərbə vurdular. Görüşdən dərhal sonra bölgə təmsilçisinin rəhbəri Ehtiram Quliyev kəskin çıxışı ilə yadda qaldı.

AFFA-nın mövqeyi, çıxaracaq qərarlar maraqla gözlənilirdi. Açığı, oyunda baş verənlər, maraqlı tərəflər, kənar təzyiqlər, vəziyyətdən sui-istifadə etmək istəyənlər, azarkeş emosiyaları federasiyanı çətin dilemma qarşısında qoymuşdu.

Belə situasiyalarda öyrəncəli olmuşuq: AFFA illərdir diktat rolunu seçir, özlərindən başqa hamını günahkar çıxarırdı. Yenilər təmkinli davranaraq araşdırma, ardıcıllıq mövqeyinə üstünlük verdilər. Bir-birini tamamlayan qərarlar onu göstərir ki, bu, zaman udmaq, vaxt qazanmaq niyyəti daşımırmış.

AFFA Ehtiram Quliyevin açıqlamasına səbirlə yanaşdı, tələsik mövqe tutulmadı. Federasiya "günahkar" axtarışına da  çıxmadı, birinci özlərindən başladılar. Psixoloji baxımdan ən doğrusunu etdilər.

İlk qərar hakimlərin səhvlərinin etirafı oldu. Premyer Liqa turuna nəzər yetirdikdə, baş hakim Əliyar Ağayev və VAR hakimi Cavid Cəlilovun cəzalandırıldığı məlum oldu. Növbəti təyinatlar prosesin komitə çərçivəsindən çıxdığını, AFFA-nın nəzarəti tam ələ götürdüyünü göstərir.

Gedişat onu göstərirdi ki, cəzalar tək bununla bitməyəcək. AFFA təmkinli davranaraq Premyer Liqa turunun bitməsini gözlədi, emosiyaların pik həddə çatmasının qarşısını aldı. Hakim səhvlərinə görə oyun yenidən keçirilmir - qaydalar bunu deyir. "Turan-Tovuz"a olan olub artıq...

Son qərardan AFFA rəhbərliyinin gedən proseslərin fərqində olduğu göründü. Nə hakimlərə, nə bu işə cavabdehlərə "sağ ol" deyildi, nə də futboldankənar yersiz açıqlamalara yol verildi. Bəlkə də gələcək qalmaqalların qarşısı alındı. 

Konfrans günündə hakim olayının baş verməsi ən azı məsuliyyətsizlikdir.

Assosiasiyanın yeni heyəti, çıxarılan qərarlarla Azərbaycan futbolunda hər şeyin fərqində olduğunu və nə daxildə, nə də kənarda heç kimə güzəştə getməyəcəklərini açıq bəyan etdilər.

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

26 İyun 2026
12:20

DÇ-2026: Pley-offa yüksələn 19 komanda bilindi, 4 cüt müəyyənləşdi

11:54

"Bu komanda buna layiq deyildi" - Türkiyə millisinin baş məşqçisi

11:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:19

Paraqvay - Avstraliya oyununun ən yaxşısı bilindi

10:51

Mərakeşdən ehtiyat edən Ronald Kuman Tunislə oyunda nəyə təəccüblənib?

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:12

DÇ-2026: Fransa ilə Norveç qrup liderliyi uğrunda duelə çıxır, Seneqal İraqa qarşı

09:48

Arda Güler ABŞ ilə oyunda mükafat aldı

09:25

Bakıda UFC həyəcanı: Döyüşçülər tərəziyə çıxır

09:00

Dünya çempionatları tarixində yeni rekord qeydə alındı

08:15

DÇ-2026: Türkiyə "qapını möhkəm çırpdı", Niderland inamlı qələbə qazandı

02:29

"Qarabağ"ın yeni transferindən ilk rəsmi açıqlama

01:57

DÇ-2026: Ekvador millisi Almaniyanı "yıxdı", Fil Dişi Sahilindən inamlı qələbə

00:47

172 milyon dollarlıq transfer rəsmiləşmək üzrədir

25 İyun 2026
23:50

Türkiyə millisinə ağır təhqir: "Gedin, qolf oynayın!"

22:42

Minayə Əkbərova Qazaxıstanda beynəlxalq turnirdə qızıl medal qazanıb

22:12

Dünya çempionatında Afrika möcüzəsi

21:43

"Mançester Yunayted" qapını təcrübəli qolkiperə tapşırır

21:20

"Komo"dan müdafiəyə gücləndirmə

20:42

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə transfer tələbi

20:15

Morqan Rocers üçün "topçular" iş başında

19:37

"Qarabağ" yamaykalı vingerlə gücləndi

19:10

Dünya Kubokunda tarixi rekord

18:41

"Arsenal" Qabriel Jesus üçün qiyməti endirdi

18:14

"Arsenal" gənc ulduz üçün rəsmi təklif etdi

17:49

Bölgə təmsilçisi çempionluğa oynayacaq - Maaş büdcəsi bilindi

17:23

İngiltərə millisinin 2 ulduzu qrupdakı son oyunu buraxa bilər

17:04

Birinci Liqa təmsilçisi Türkiyəyə gedir

16:45

İspaniyanın məşhur klubu adını dəyişdi

16:27

"Bu komandanın xüsusi xarakteri var" - Xavyer Aqirre

16:09

"Səbail" 5 legioner transfer edəcək - "Çempionluq yolunda Mehdinin bizə çox köməyi dəyəcək"

15:51

Oyarsabal "Barselona"ya keçəcəyi ilə bağlı yayılan məlumatları təsdiqlədimi? - AÇIQLAMA

15:33

"Braziliya millisinin istədiyi oyunu onlara hədiyyə etdik" - Stiv Klark

15:15

“Dünya çempionatı üçün Azərbaycanın seçilməsi AFFA ilə FIFA arasında uğurlu əməkdaşlığın nümunəsidir” - Rövşən Nəcəf

15:06

"Dünya çempionu olmaq məqsədimizə inanmalıyıq" - Mərakeş seçməsinin baş məşqçisi

14:48

"Hisslərimi sözlə ifadə etməyə çətinlik çəkirəm" - CAR millisinin çalışdırıcısı

14:22

"Şamaxı"nın azərbaycanlı istedadı legioner həyatı yaşayacaq?

14:01

Seneqallı müdafiəçi daha bir il "Qəbələ"də - RƏSMİ

13:44

Vinisius: "Başla qol vurmağım üçün Ançelotti mənə hədiyyə vəd etmişdi"

13:25

"Araz-Naxçıvan" kapitanı ilə bağlı qərarını rəsmən açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X