
UEFA Çempionlar Liqasının 1/4 finalının ilk oyununda uduzduğu (0:2) PSJ-yə bu gecə "Enfild"də reallaşan cavab qarşılaşmasında da eyni hesabla yenilərək mübarizəni dayandıran "Liverpul"un baş məşqçisi Arne Slot fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssisin sözlərini "The Touchline" belə çatdırıb:
"Birinci oyunda 0:2-dən də artığını haqq edirdik. Bu gün isə əksinə, belə nəticə sərgilədiyimiz futbolla uzlaşmadı. Məncə, qalib gəlməliydik".
O, matçın 64-cü dəqiqəsində hakimin PSJ-nin qapısına verdiyi penaltini sonradan qərarını dəyişərək ləğv etməsinə də münasibət bildirib:
"Bu mövsüm xeyrimizə olmayan qərarlarla çox qarşılaşmışıq. Bu, sürpriz deyildi".
Toğrul