
UEFA Çempionlar Liqasının 1/4 finalının ikinci oyununda "Bayern" "Real Madrid"i məğlub (4:3) edərək növbəti mərhələyə yüksəlib.
Fanat.Az xəbər verir ki, Almaniya nəhənginin baş məşqçisi Vensan Kompani komandasının oyunu barədə fikirlərini bildirib.
Münhen klubunun mətbuat xidməti belçikalı çalışdırıcının fikirlərini belə çatdırıb:
"Bu matçda çox emosional idik. Topa yaxşı sahib idik və daha çox qol vura biləcəyimizi hiss edirdik. Amma rəqib inanılmaz dərəcədə sürətli və təhlükəlidir. "Real Madrid"ə qarşı heç vaxt tam rahatlaşa bilməzsən.
Düşünürəm ki, futbolçularım bu gecə psikoloji cəhətdən çox güclü idilər. İki qol buraxıb geri qayıtmağımızla fəxr edirəm. Azarkeşlər bizə kömək etdilər. Uşaqlar bu gecə qorxmadan oynadılar. Qalib gəlməyimizi və ya uduzmağımızı çox vaxt detallar müəyyən edir. Mənim üçün vacib olan odur ki, oyundan sonra özümüzə "Nə baş verdi?" sualını vermədik, əksinə, dərhal hər şeyi keçmişdə qoyduq".
Qeyd edək ki, "Bayern Münhen" yarımfinalda Fransanın PSJ komandası ilə qarşılaşacaq.