
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda məğlub etdiyi (2:1) "Real Madrid"i bu gecə öz meydanında da 4:3 hesabı ilə yenərək yarımfinala yüksələn "Bayern Münhen"in yarımmüdafiəçisi Yozua Kimmix Almaniyadakı matın ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini DAZN belə çatdırıb:
"Bilirdik ki, hər iki komanda bir-birinə problem yaratmağa qadirdir: "Bayern" yüksək pressinq, "Real" isə sürətli əks-hücumlarla. Oyuna pis başladıq, ardından standart vəziyyətdən qol buraxdıq. İlk yarı ağlasığmaz, ikinci hissə rahat alındı. Əsas odur ki, matçın öhdəsindən gəkdik və yekunda qələbə qazandıq.
Bu bizim ən yaxşı oyunumuz deyildi. Amma qələbəyə görə şadıq. Unutmayaq ki, birinci qarşılaşmada da qalib gəlmişik. Yarımfinala iki qələbə ilə anladıq. Düşünürəm ki, yarımfinalda Avropanın ən yaxşı komandaları üz-üzə gələcəklər".
"Bayern" 1/2 finalda PSJ ilə qarşılaşacaq.
Toğrul