
Bu gün Bizon Azərbaycan Kubokunda ilk finalçının adına aydınlıq gələcək.
Fanat.Az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyunları "Zirə" - "Turan Tovuz" matçı ilə start götürəcək.
Tərəflər arasında ilk oyun qəsəbə təmsilçisinin inamlı qələbəsi ilə başa çatmışdı.
Zirə İdman Kompleksinin stadionunda keçiriləcək cavab oyununu Əli Əliyev idarə edəcək.
Qeyd edək ki, ikinci finalçının adına sabah keçiriləcək “Sabah” – “Qarabağ” matçında aydınlıq gələcək.
Bizon Azərbaycan Kuboku
1/2 final, cavab oyunu
21 aprel
19:00. “Zirə” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
VAR: Rauf Cabarov, Elşad Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu.
(İlk oyun – 2:0).