
"Bayern Münhen"in hücumçusu Harri Keyn formasını geyindiyi İngiltərə millisinin iyunun 11-də başlayacaq dünya çempionatındakı perspektivini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "L'Équipe" belə çatdırıb:
"Əlbəttə, bizim məqsədimiz qələbədir. Bilirik ki, çətin olacaq, amma son illərdə böyük turnirlərdə çempionluq sevinci yaşamağa yaxın olmuşuq. Avropa çempionatlarında iki finalda iştirak etmişik, dünya çempionatında 1/4 finalda mübarizə aparmışıq... Bu dəfə mundiala yeni baş məşqçi ilə qatılacağıq".
ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026 iyulun 19-da başa çatacaq.
Nihat