“Sumqayıt” daha iki futbolçunun adını Peşəkar Futbol Liqasına təqdim edib. Fanat.az xəbər verir ki, müdafiəçi Zaur Həşimovla hücumçu Orxan Sadıqlının adı klubun sifariş ərizəsinə salınıb.
PFL-in rəsmi saytında dünən yerləşdirilən “Sumqayıt”ın sifariş ərizəsində bu futbolçuların adı yox idi. Orxan ötən mövsümü bu komandada keçiribsə, Zaur “Qarabağ”dan gəlib.
Bununla da “Sumqayıt”ın sifariş ərizəsindəki futbolçuların sayı 17-yə çatıb. Yaxın günlərdə daha 4 futbolçunun – Adil İbrahimov, Vüqar Əsgərov, Nurlan Novruzov və Ruslan Qurbanovun adı siyahıya salınacaq.
İdman24.az