Əvəzedici heyətlər arasında ölkə birinciliyində VI turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, ilk oyun günündə 2 matç baş tutub.
"Qəbələ" səfərdə "Rəvan"a 3:1 hesabı ilə qalib gəlib. "Kəpəz" isə rəqib meydanında "İnter"dən üstün olub - 1:0.
İkinci oyun günündə də iki matç baş tutub. "Sumqayıt" evdə AZAL-ı 6:1 hesabı ilə yenib. "Neftçi" isə səfərdə "Qarabağ"a qalib gəlib - 3:2.
Turun son qarşılaşması bu gün keçirilib və "Xəzər Lənkəran" doğma meydanda "Zirə"yə 0:2 hesabı ilə uduzub.
Premyer Liqa
2015/16 mövsümü
I dövrə, VI tur
24 sentyabr
Rəvan - Qəbələ 1:3
Qollar: Cavad Kazımov, 88 - Emin Zamanov, 23-pen. Roman Hüseynov, 35. Bəhlul Mustafazadə, 51.
İnter - Kəpəz 0:1
Qol: Sahib Abbasov, 39.
25 sentyabr
Sumqayıt - AZAL 6:1
Qollar: Xəyal Nəcəfov, 8. Vüsal Nağıyev, 22; 45+2. Emil Həsənzadə, 44-pen. Fuad Məmmədzadə, 73. Şahin Əliyev, 82 - İlqar Babayev, 51.
Qarabağ - Neftçi 2:3
Qollar: Aqşin Namazov, 9. Bilal Abbaszadə, 50 - Aqşin Qurbanlı, 35; 79. Mirabdulla Abbasov, 46.
26 sentyabr
Xəzər Lənkəran - Zirə 0:2
Qollar: Tellur Mütəllimov, 69. Elgün Nəbiyev, 80.
| № | Klub | O | Q | H/H | M | T/F | X |
| 1 | Sumqayıt | 6 | 5 | 1 | 0 | 22-5 | 16 |
| 2 | Neftçi | 6 | 4 | 1 | 1 | 17-7 | 13 |
| 3 | Kəpəz | 6 | 3 | 1 | 2 | 6-6 | 10 |
| 4 | Zirə | 6 | 3 | 1 | 1 | 6:9 | 10 |
| 5 | Xəzər Lənkəran | 6 | 3 | 0 | 3 | 11-16 | 9 |
| 6 | Rəvan | 6 | 3 | 0 | 3 | 10-11 | 9 |
| 7 | İnter | 6 | 2 | 0 | 4 | 11-15 | 6 |
| 8 | Qarabağ | 6 | 2 | 0 | 4 | 9-9 | 6 |
| 9 | Qəbələ | 6 | 2 | 0 | 4 | 8-10 | 6 |
| 10 | AZAL | 6 | 1 | 0 | 5 | 7-19 | 3 |
| Bombardirlər | Aqşin Qurbanlı (Neftçi) - 6. Ramil Mansurov (İnter), Emil Həsənzadə (Sumqayıt) - 5. Kamal Dənziyev (Xəzər Lənkəran) - 4. |
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol