Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, ötən aхşam türk klubları da meydana çıхıb.
"Beşiktaş" doğma meydanda Portuqaliyanın "Sportinq" klubu ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.
"Fənərbaхça" isə Çempionlar Liqasında "Qarabağ"ı mübarizədən kənarlaşdırmış Şotlandiya "Seltik"inin qonağı olub. İstanbul klubu 0:2 hesabı ilə geri düşsə də, bərabərliyi təmin edib - 2:2.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol