
“Qarşıdakı oyuna ciddi hazırlaşırıq. Ötən turdakı ağır məğlubiyyəti azarkeşlərə unutdurmaq istəyirik. Bunun üçün də əlimizdən gələni edəcəyik”. Fanat.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Bəxtiyar Soltanov deyib.
Yarımmüdafəçi komandasının Topaz Premyer Liqasının XIV turunda qarşılaşacağı “İnter” ilə oyun haqda danışıb: “Bütün rəqiblər güclüdü, demək olar ki, çempionatda zəif komanda yoxdu. Amma yenə də biz meydana qələbə üçün çıxacağıq. Başqa yolumuz yoxdu. Üç xal qazanmaqla komandamızın hansı məqsədlər üçün mübarizə apardığını ortaya qoyacağıq. Mütləq xal ehtiyatını artırmalıyıq”.
Bəxtiyar Soltanov ötən tur “Qarabağ”a qarşı matçda cəza səbəbindən “sarı-göylər”ə kömək edə bilməmişdi. Onun yoxluğu haqda mətbuat konfransında danışan baş məşqçi Şahin Diniyev Soltanovun oynamamasının komandanın cinahdan təşkil edilən hücumlarına təsir etdiyini açıqlamışdı: “Komandamızın gücünə güc qatmaq üçün nə lazımdısa, edəcəyəm. Üzərimə düşəni edib, “Kəpəz”in uğur qazanmasına töhvə vermək istəyirəm. Ağdam klubu ilə oyunda cəzalı olduğumdan oynaya bilmədim. Bu səbəbdən daha çox istirahət etmək imkanım olub. Qələbə qazanmaq üçün çox çalışmalıyıq. Mübarizəni sonadək aparmaq lazımdı".
Fanat.az