Dünya çempionatına vəsiqə qazanan Səudiyyə Ərəbistanı 9 həftədə iki baş məşqçini qovub.
Fanat.Az xəbər verir ki, ərəb ölkəsinin yığma komandasına sentyabrda "DÇ-20148"ə vəsiqə qazandıran holland Bert van Marviyk bu uğurdan bir neçə gün sonra qovulmuşdu. Onun yerinə isə argentinalı Edqardo Bauza təyin edilmişdi.
Amma iki hazırlıq matçında uduzan yeni baş məşqçi Dünya çempionatının püşkatmasına 9 gün qalmış yola salınıb.
Fanat.Az