09:18 05.12.2017 1499

Qriqorçuk və Dabodan rekord

Topaz Premyer Liqasının XIV turunun "Keşlə” ilə ev qarşılaşması "Qəbələ”nin tarixində Azərbaycan çempionatının yüksək dəstəsində keçirilən 350-ci oyun olub. 

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqada 2006-cı ildə debüt edən "qırmızı-qaralar” 3:0 hesablı qələbəyədək 349 matça çıxmışdı. 

Yubiley oyunundakı qələbə sayca 148-ci olub. 88 heç-heçə və 114 məğlubiyyəti olan komanda burada 434 qol vurub, 364-nü buraxıb.

"Keşlə” ilə qarşılaşmada əldə olunan böyükhesablı qələbə klub tarixində 47-ci belə nəticədir. Premyer Liqada "Kəpəz” 6:1, ardınca kubokda "Mil-Muğan”ı 8:0 hesabı ilə məğlub edən "Qəbələ” 11 il əvvəlki rekordunu təkrarlayıb. "Qırmızı-qaralar” 2006-cı ildə I dəstədə ardıcıl 3 qələbə qazanmışdı. 47 böyükhesablı qələbədən 26-sı Premyer Liqaya təsadüf edib. "Qəbələ” tarixində 5-ci dəfə yüksək dəstədə ardıcıl 2 qarşılaşmada 3 və ya daha çox top fərqilə qalib gəlib.

"Qəbələ” "Keşlə” ilə oyunda 140-cı dəfə Roman Qriqorçukun rəhbərliyi altında meydana çıxıb. 2015-ci ilin əvvəlindən "qırmızı-qaralar”ın baş məşqçisi olan ukraynalı mütəxəssis Premyer Liqada 94, Avropa Liqasında 32, Azərbaycan kubokunda 14 qarşılaşmada komandaya rəhbərlik edib. Bununla da Qriqorçuk klub tarixinə baş məşqçi olaraq ən çox oyun keçirən mütəxəssis kimi düşüb. O, "qırmızı-qaralar”ı 139 matça çıxaran, hazırda "Keşlə”ni çalışdıran Ramiz Məmmədovun rekordunu arxada qoyub. Sonuncu 118 çempionat və 21 kubok matçında baş məşqçilik edib. "Qəbələ”nin tarixində yalnız bu iki məşqçi 100-dən artıq oyunda komandaya başçılıq edib.
 
Qriqorçuk kimi qarşılaşmada hesabı açan Baqali Dabo da klub tarixində yeni rekorda imza atıb. O, ardıcıl 4 çempionat oyununda qol sevinci yaşamaqla bunu rəsmiləşdirib. Daboyadək "qırmızı-qaralar”ın heç bir oyunçusu eyni turnirdə ardıcıl 4 matçda meydanı qolsuz tərk etməyib. 11 dəfə eyni oyunçunun 3 matçlıq seriyası qeydə alınsa da, onlardan heç biri 4-cü matçda qol vurmayıb. Baqali "Səbail”ə (3:1) iki, "Neftçi”yə (3:2) bir, "Kəpəz”ə (6:1) iki və "Keşlə”yə (3:0) 1 qol vurmaqla 4 matçda ümumilikdə 6 dəfə fərqlənib.
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X