Son dövrlər siyasi sanksiyalarla üzləşən və Dünya çempionatının ev sahibliyi hüququnu aldıqları vaxt FIFA-ya rüşvət verdikləri iddia edilən Qətər böyük təhlükə ilə üzləşib.
Fanat.Az xəbər verir ki, Meksikanın "Record" qəzeti FIFA-nın "DÇ-2022"nin ev sahibliyi hüqununu Qətərdən alaraq başqa ölkəyə verməyi planlaşdırdığını iddia edib.
Xəbərdə bildirilir ki, "DÇ-2022"yə ABŞ, Kanada və Meksika birlikdə ev sahibliyi edə bilər. Qətərə isə 2026-cı ildə keçiriləcək Dünya çempionatının ev sahibliyi hüququnun verilməsi gözlənilir.
Fanat.Az