Təbriz Ertuğrul Sağlamı belə qarşıladı - FOTO/VİDEO
"Traktorsazi" ilə müqavilə imzalamaq üçün Təbrizə gələn Ertuğrul Sağlam şəhərin hava limanında böyük coşğu ilə qarşılanıb.
Fanat.Az xəbər verir ki, yüzlərlə azarkeş hava limanında türk mütəxəssisin leyhinə şüarlar səsləndirib.
"Traktorsazi"nin istənilən mövqedə olmadığını bildirən Ertuğrul Sağlam "Komandanın uğurlu çıxış etmədiyini və azarkeşlərin nəticələrdən razı olmadığını bilirəm. Bir-birimizə dəstək verməli və komandanı daha yaxşı yerlərə gətirmək üçün çalışmalıyıq" deyib.