15:38 23.02.2018 1681

Çingiz Abdullayev Banişevskinin ruhundan utanır - FOTOLAR

Bu gün futbol ictimaiyyəti doğum günündən 72 il ötən "Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskini II Fəxri Xiyabanda yad edib.

Fanat.Az xəbər verir ki, mərhumun məzarı önündə çıxış edən "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev, veteranlar - Çingiz İsmayılov, Ağasəlim Mircavadov, Oqtay Abdullayev, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev A.Banişevskinin şəxsi keyfiyyətlərindən, futbolçu karyerasından söhbət açıblar və onu böyük ehtiramla xatırlayıblar.

Ç.Abdullayev bildirib ki, A.Banişevski Azərbaycan futbolunun ən parlaq simalarındandır: "Rusiyada tərtib edilmiş bir siyahıda 10 ən yaxşı rus futbolçu arasında onun da adı var. Düzdür, Banişevski sovet futbolçusu olub. Amma o, bir azərbaycanlıdır. Azarkeşlər onun oyununu görmək üçün stadionlara axışırdılar. Banişevski digər ölkələrdəki futbolsevərlərin də rəğbətini qazanmışdı. Onunla qürur duymaq lazımdır. İndi uğursuz nəticələr olanda azarkeşlər deyirlər ki, utanmırsınız? Bəli, uduzduğumuz üçün Banişevskinin ruhundan utanırıq”.

Müşahiə Şurasının sədri "Neftçi”nin yeni prezidenti Kamran Quliyevə uğurlar arzulayıb: "Artıq klubun yeni prezidenti var. Ona uğurlar arzulayıram. "Neftçi” xüsusi, xalq komandasıdır”.

Daha sonra Bakı Kəndlər Futbolu Federasiyasının rəhbəri Vaqif Davudov mərasim iştirakçılarını A.Banişevskinin xatirəsinə həsr olunmuş turnirin bu gün keçiriləcək final görüşünü izləməyə dəvət edib.

Yekunda əfsanəvi futbolçunun həyat yoldaşı İnna Banişevskaya diqqətə görə II Fəxri Xiyabana gələnlərə təşəkkür edib.

Qeyd edək ki, 1946-cı ilin fevralın 23-də Bakıda anadan olan Anatoli Banişevski "ağ-qaralar”ın heyətində (1964-1973, 1975-1978) SSRİ çempionatlarında 288 oyunda 121 qol, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub. 1966-cı ildə "Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında ən çox oyun keçirmiş (49 oyun) və fərqlənmiş (19 qol) "Neftçi”li "Marakana” stadionunda Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusudur.

SSRİ-nin əməkdar idman ustası və Qriqori Fedotov klubunun üzvü olan Banişevski daha sonra "Neftçi”də (1981-1982) məşqçi, Mingəçevirin "Avtomobilçi” klubunda (1984-1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və "Kəpəz”də (1988) baş məşqçi kimi çalışıb. Afrika ölkəsində işlədiyi zamanı ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 9-da 51 yaşında vəfat edib. O, ölümündən bir il əvvəl "Şöhrət" ordeni ilə təltif olunub.("Report”)

Fanat.Az
 












Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X