14:34 06.03.2018 5998

Elnur Məmmədlinin adı ev qalmaqalında hallanır - FOTO/VİDEO

Olimpia çempionu Elnur Məmmədli və bacısı Elnarə Məmmədlinin adı qalmaqalda hallanır.

Fanat.az-ın məlumatına görə, ölkə.az-a müraciət edən şikayətçi Alxasova Zeynəb iddia edir ki, Elnur Məmmədlinin bacısı Elnarə Məmmədli onu zorla evindən çıxartmaq istəyir. Bu işdə Elnur Məmmədlinin özü də ona yaxından kömək edir. Belə ki, onun sözlərinə görə, 2013-cü ildə Elnarə Məmmədlinin qeyri-rəsmi nikahda yaşadığı Hüseynov Hüseyn Tapdıq oğlundan qeydiyyat yolu ilə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 4-1 A adlanan evi 71 min dollara alıb. Şikayətçi bildirir ki, evi alarkən aldadılıb. Aldığı evə Hüseynov Hüseyn həm də qeyri-rəsmi nikahda yaşadığı Elnarə Məmmədlinin 3 uşağını qeydiyyata salıb. Hüseyn Hüseynov Alxasova Zeynəblə onları 4-1 A yox, 4 D adlanan evə qeydiyyata salıb. Bəhanə edib ki, 4-1 A adlanan evin sənədlərində problem olduğu üçün eyni həyətdə yerləşən 1 otaqlı 4 D ünvanına qeydiyyata salacaq, amma 4-1 A ünvanında yaşayacaqlar.

Aldadıldığından xəbərsiz olan Alxasova Zeynəb 2014-cü ilin əvvəlindən Elnur Məmmədli və Elnarə Məmmədli tərəfindən evdən çıxarılmaqla bağlı hədələrə məruz qaldığını bildirib. Hətta Elnur Məmmədlinin ona "gedin başınızın çarəsinə baxın ev bizimdir" söylədiyini qeyd edib. Evin sahibinin Hüseynov Hüseyn olmasına baxmayaraq, Elnarə Məmmədli evi qardaşı Elnur Məmmədlinin tikdirdiyini söyləyib. Alxasova Zeynəbin sözlərinə görə, onlar bunu sübut edə bilmir və ona görə də 4 ildir ki, məhkəmə prosesləri davam edir. 

Alxasova Zeynəb evinin 4-1 A olduğunu hər yerdə sübut etdiyini bildirib. Şikayətçinin sözlərinə görə, 4-1 A 2 mərtəbəli evdir, 4 D isə eyni həyətdəki 1 otaqlı evdir. O, 4-1 A adlanan evdə yaşadığını sübut kimi 4 illik kommunal ödənişlərin qəbzlərinin üzərində göstərilən ünvanın 4 D yox, 4-1 A olduğunu vurğulayıb. Lakin məhkəmələrin bu və digər sübutları görməzdən gəldiyini, Elnur Məmmədlinin öz şəxsi nüfuzundan istifadə edərək onlara təzyiq edərək özlərinə sərf edən formada qərar verilməsinə nail olduğunu qeyd edib.

Ölkə.az-a açıqlama verən Olimpia çempionu Elnur Məmmədli isə məsələdən xəbərdar olduğunu bildirib: "Əlimizdə məhkəmə qərarı var. Məhkəmə qərarı hər şeydən üstündür. Əsas məhkəmənin fikridir. Mənlik bir şey yoxdur".

Fanat.Az
 




Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:46

MPL: "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qol yoxdu - YENİLƏNİR

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

Facebookdan bizi izləməyi unutmayın.
X