Topaz Premyer Liqasının XXII turunda "Səbail”i 1:0hesabıyla yenən "Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrike matçdan sonra jurnalistlər önünə çıxıb.
Fanat.Az xəbər verir ki, orta xətt oyunçusu çətin qələbə qazandıqlarını söyləyib:"Növbəti çətin oyunumuzu keçirdik. Rəqib çox yaxşı müdafiə olundu, bizim işimizi çətinə saldı. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq və titul uğrunda mübarizəni davam etdiririk. Az qol vurmağımız nə ilə bağlıdı? Hardasa bəxtlə... Bir az... Amma bura gələn komandalar daha çox qapanırlar. Hətta "Qəbələ” belə bizə qarşı burda müdafiəyəmeylli oyun göstərir. Ancaq 1 və 3 qol vurmaq yox, qələbə qazanmaq önəmlidi. Ümid edirəm ki, növbəti görüşlərdə bu problem yoluna qoyular”.
Yunanıstan mətbuatının yaydığı məlumata görə, PAOK Pedronun transferi üçün 5 milyon avro tələb edir. Pedro bu məqamla bağlı da fikirlərini bildirib: "Həm müqavilə ilə məxsus olduğum klub, həm də menecerim qərara gəlmişik ki, bu barədə açıqlama verməyək. Klublar öz aralarında hansı qərarı versələr, o da olacaq. Mən çalışıram oyunlara köklənim”.
Həmkarımızın"Qarabağ”ın klub rəsmisi olsaydız, Pedro Enrike üçün 5 milyon avro verərdiz” sualına isə əncəbi oyunçu gülərək belə cavab verib: "Pulum olsaydı, verərdim”.
Fanat.Az