16:36 12.04.2018 1415

I divizion klublarının yarıdan çoxu Topaz Premyer Liqasında iştirakdan imtina etdi

I divizionda çıxış edən klubların yarıdan çoxu 2018/19 mövsümündə Premyer Liqada iştirak üçün ərizə verməyib.

Bu barədə "Report”a AFFA Lisenziyalaşdırma Qrupunun yeni rəhbəri Sərxan Hacıyev bildirib. O deyib ki, elitaya yüksəlmək istəyən klubların dəqiq sayını söyləmək idman prinsiplərinə ziddi: "Bu üzdən, konkret rəqəm söyləyə bilmərəm. Hazırda aşağı dəstədə 10 klub çıxış edir. Lakin növbəti mövsüm Premyer Liqada mübarizə aparmaq üçün ərizə verənlərin sayı 50 faizdən azdır”.

S.Hacıyevin sözlərinə görə, Premyer Liqa klublarının hamısı növbəti mövsümdə də elitada çıxış etmək üçün ərizə veriblər: "Səbail” elitada 3 mövsüm çıxış etmədiyi üçün avrokuboklara qatıla bilməz. Digər 7 komanda qitə miqyaslı yarışlarda iştirak etmək istəyir. Düzdür, "Kəpəz” əvvəlcə bunun üçün ərizə verməmişdi. Lakin son anda fikrini dəyişdi”.

Lisenziyalaşdırma Qrupunun rəhbəri Azərbaycan klublarının avrokuboklarda ev oyunlarını keçirmək üçün sifariş etdikləri stadionlardan söz açıb: "Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunu sifariş verib. "Bakcell Arena” təmirə bağlandığı üçün digər 6 klub "Dalğa Arena”nı seçib. Bütün komandalar ehtiyat arena qismində Bakı Olimpiya Stadionunu göstəriblər. "Bakcell Arena”nın ot örtüyünün bərpası, təxminən, sentyabr ayına qədər çəkəcək. Bu arena hazır olandan sonra xüsusi icazə formasında avrokuboklara sifariş verilə bilər. Bunun üçün ev oyunlarını orada keçirən klubların qrup mərhələsinə vəsiqə qazanmaları lazımdır”.

S.Hacıyev deyib ki, Premyer Liqada iştirak etmək üçün lisenziyaların verilməsi mayın ortasına təsadüf edəcək: "Hər il olduğu kimi, Premyer Liqanın başa çatmasına yaxın lisenziya alan klublar açıqlanacaq. Mövcud reqlamentə əsasən, elitanı 1 klub tərk edəcək və onu I Divizion təmsilçisi əvəzləyəcək. Premyer Liqa klublarının sayının 8-dən 10-a artırılmasına gəlincə, buna AFFA-nın İcraiyyə Komitəsi qərar verir. Bu yöndə qərar verilərsə, 10 klub da elitada çıxış edə bilər”.

Uzun müddətdir AFFA-nın baş katibinin müavini olan S.Hacıyev Lisenziyalaşdırma Qrupunun rəhbəri vəzifəsini müvəqqəti yerinə yetirdiyini bildirib. Onun sələfi Elçin Məmmədov isə hazırda UEFA-da çalışır. 

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 May 2024
23:07

KL: İtaliyada erkən qol - YENİLƏNİR

23:02

AL: "Roma" "Bayer"in məğlubiyyətsizliyinə son qoya biləcək? - YENİLƏNİR

21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

21:16

PSJ-nin futbolçusu Avropa çempionatını buraxacaq

20:55

"Real" Luninlə bağlı qərarını verdi

20:20

İPL: Ayın məşqçisi adına namizədlər bilindi

19:48

Stil Fransa klubunu tərk edəcək - RƏSMİ

19:18

“Prezident Kuboku 2024”: Reqatada daha medal

18:45

İPL: Ayın ən yaxşı oyunçusu mükafatına namizədlər bilindi

18:30

“Prezident Kuboku 2024”: Azərbaycanlı cütlük reqatada 3-cü oldu

18:13

Kərim Benzema "Real"ın bazasında

17:50

Yüksək Liqada mövsüm yekunlaşdı

17:29

Üç mövsüm sonra A Seriyasına qayıtdılar

16:39

"Cavab matçında azarkeş amili bizim tərəfimizdə olacaq" - Luis Enrike

16:21

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirildi

16:02

"Real" Marselonun oğlu ilə müqavilə yenilədi

15:43

"Bu, yaxşı fürsətdir" - Edin Terziç

15:26

"Əlbəttə, "Uembli"dəki finalda olmaq istəyirik" - Hummels qələbəni dəyərləndirdi

15:07

“Prezident Kuboku 2024”: Azərbaycan avarçəkəni qızıl medal qazandı

14:50

PSJ bu mövsüm belə duruma düşməmişdi

14:32

Əşrəf Hakimi "Borussiya"ya məğlubiyyətin səbəbini dedi

14:13

Almaniya Çempionlar Liqasında əlavə yer aldı

13:55

"Möhkəm olmalıyıq" - PSJ-ni məyus edən hücumçu

13:34

"Barselona" mövsümün sonunda bu futbolçunu alacaq

13:15

Ranqnik "Bayern Münhen"in baş məşqçisi olacaq? - Özü dedi

12:56

Azərbaycanın U-17 millisi Belarusla üz-üzə

12:39

Konte özünü ingilis klubuna təklif etdi

12:20

ÇL: Həftənin ən yaxşı qolu hansı olacaq?

12:02

Klublar Komitəsinin növbəti iclası keçirildi - FOTOLAR

11:47

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:29

Kənan Kərimov "İmişli" üzərində qələbəni şərh etdi: "Matçın əvvəlindən bilinirdi ki..."

11:08

"Traktor" Təbrizdə liderdən xal aldı

10:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

10:08

PSJ-ni Almaniyada belə məyus etdilər - VİDEO

09:47

Yüksək Liqada mövsümə yekun vurulur

09:25

Ronaldu "Əl-Nəsr"i finala daşıdı

09:00

PSJ "Siqnal İduna Park"ı Mbappesiz tərk etdi - SƏBƏB

00:54

ÇL: PSJ Almaniyada uduzdu

01 May 2024
22:30

Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

21:14

İngiltərə klubu 18 yaşlı türkü 15 milyon avroya istədi

Facebookdan bizi izləməyi unutmayın.
X