17:33 01.06.2018 1780

Qazaxıstanın baş məşqçisi: "Seçim yox idi, amma yaxşı ki, Azərbaycan var"

Qazaxstan milli komandasının baş məşqçisi Stanimir Stoilov Azərbaycan yığması ilə yoldaşlıq görüşü ərəfəsində mətbuat konfransı keçirib. Bolqarıstanlı mütəxəssis əvvəlcə komandanın hazırlıq prosesini dəyərləndirib...

- Bütün oyunçularımın sağlam olmaları yaxşı haldır. Üstəlik, bərpa dövrü keçən Seydaxmet komanda ilə məşqlərə başlayıb. Hazırda komandanın hansı səviyyəyə çatdığını, 3 aydan sonra başlanacaq UEFA Millətlər Liqasına nə dərəcədə hazır olduqlarını görmək üçün yaxşı vaxtdır. Ümidvaram ki, təyinatımdan sonra ilk iki oyundakı kimi yaxşı, nizamlı futbol ortaya qoyacağıq.

- Rəqib komandanın oyununu necə dəyərləndirərdiniz?
- Azərbaycan millisi yaxşı, kombinasiyalı oyun sərgiləyir. Hər iki ölkədə futbolun yüksəlişini istəyirlər. Azərbaycan tərəfinə bu matça razılıq verdiyi üçün minnətdaram. Ümidvaram ki, futbolçularım yığmada hər bir oyuna qürurla çıxmağın və sonadək döyüşməyin gərəkliyini anlayırlar. Buna əminlik, gözəl futbolu da əlavə etmək lazımdır.

- Nəyə görə məhz Azərbaycanı seçdiniz?
- Bu komanda Gürcüstana bənzər kombinasiyalı futbol oynayır. Qazaxıstan yığmasına gəldiyim vaxt heç bir yoldaşlıq görüşümüz yox idi. Komandalar isə təqvimi 1-2 il əvvəldən qururlar. Yaxşıdır ki, biz razılaşa bildik. Yenə yoldaşlıq görüşlərini əvvəldən razılaşdırmaq lazımdır. Elə məsələlər var ki, biz daha da yaxşılaşdıra bilərik. Seçim yox idi, amma yaxşı ki, Azərbaycan var.

- Heyətdə çoxlu gənc futbolçu var. Onların səviyyəsinə baxmaq istəyirsiniz? Nəyə görə Macarıstana qarşı oynamış futbolçuları çağırmadınız?
- Demək olar ki, Macarıstana qarşı çıxış etmiş heyəti dəvət etmişəm. Bura ötən müddətdə yaxşı oyun sərgiləmiş futbolçuları da əlavə etdik. Gəncləri bilərəkdən çağırdım ki, omlara potensiallarının olduğuna dair əminlik əlavə edim. Mənim üçün futbolçunun yaşının önəmi yoxdur. Seydahmet öz klubunda yaxşı oyun göstərdi və o da şans qazandı. Mart toplanışından sonra oyunçuların səviyyələrinin artdığı, formalarının yüksəldiyi görünür.

- Bauırjan Turısbek daha yaxşı formaya düşüb?
- Çox da yox, özünə əminlik artırıb. Amma sürət dinamikasında əvvəlki səviyyədə qalıb. Artırmasa, digər variantlar axtaracağıq. Başa düşmək lazımdır ki, ya yüksək səviyyədə olmalısan, ya da yığmada olmamalısan. Bizə Avropa səviyyəli oyunçular lazımdır. İki dəfə eyni şeyi deyirsənsə və o, başa düşmürsə, üçüncü dəfə təkrarlayası deyilik.

- Nəyə görə heyətdə Georgi Jukov və Maqomed Paraqulkov var, amma Tanat Nuserbayevlə Azat Nurqaliyev yoxdur?
- Jukovu çox yaxşı tanıyıram, onun imkanlarını bilirəm. Paraqulkov da gənc oyunçudur, "Kayrat”da tez-tez əsas heyətdə görünür. Onların gələcəyi var. Nuserbayevlə Nurqaliyevi məndən yaxşı tanıyan məşqçinin olduğunu düşünmürəm. Hər ikisi ilə çox işləmişəm. Onlar mənim komandamın liderləri idi və çox şey vermişdilər. Tanat həm də kapitan idi. Nə vaxt qərar versəm, onda da çağıracağam. Onlar mənə və klubuma elə kömək ediblər ki, heç vaxt barələrində pis bir söz söyləmərəm. Onlara həmişə "sağ ol” deyirəm. Amma Tanata ciddi şəkildə formasını bərpa etmək lazımdır. Mövsümün əvvəlində normal hazırlıq keçməyib. Fikrimcə, maksimal formasından çox uzaqdır.

- Demişdiniz ki, bir futbolçunun milliyə münasibəti sizi hövsələdən çıxardıb. Onu cəzalandırdınız?
- Həmin oyunçu yığmada yoxdur.

- Qapıçılar - Vladimir Plotnikov və Nenad Eriç yığmada mövqelərini möhkəmlədiblər?
- Bəli, bu qapıçılar məni tam qane edir.

- Yığmaya 24 futbolçu çağırmısınız. Hazırda ehtiyatda kimlər var? 
- 35 nəfərlik geniş heyətdə yer alanlar var. Onlar hamısı yığmanın potensial üzvləridir. Millətlər Liqasında Qazaxıstana kömək edəcək futbolçular axtarırıq. İndi ekspriment aparmaq mümkündür. Lakin sentyabrda nəticə önəmli olacaq. 

- İqor Zenkoviçlə bağlı məsələyə aydınlıq gətirərdiniz... 
- Onun burada çoxdan olduğunu və Qazaxıstan pasportu aldığını öyrəndim. Amma hazırda forması bizi qane etmir. Əsas məsələ yekun heyətdir. 

- Bir gün əvvəl Azərbaycan və Qazaxıstanın 21 yaşadək futbolçulardan ibarət yığmaları arasında yoldaşlıq oyunu olacaq. Həmin matça baxacaqsınız? 
- Gənclərə baxacağam. Azərbaycanın əsas komandası ilə görüşdə heyətə düşməyən kimsə olsa, onu U-21-də meydana buraxmağımız mümkündür. Həmçinin, U-21-də yaxşı çıxış edənlər üçün əsas yığmanın qapıları açıqdır.

Qeyd edək ki, iyunun 5-də "Astana Arena"da keçiriləcək Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. (Report)

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyun 2026
15:44

"Barselona" Raşfordla bağlı qərarını qətiləşdirdi - SON DURUM

15:26

İstanbul təmsilçisi Şevalye üçün PSJ-yə təklif göndərməyə hazırlaşır

15:07

Norveç millisi mundiala xüsusi tədarüklə yollanacaq

14:49

"Mançester Yunayted" 6 futbolçusu ilə vidalaşdığını rəsmən açıqladı

14:30

Argentina millisinin qapıçısı İtaliya klubuna keçir - Maaşı açıqlandı

14:12

İspaniya futbolunda qalmaqal - Klub rəhbərliyi La Liqadan düşəcəklərinə pul qoyuluşu edib

13:53

"Messini məğlub edəcəyik" - Əlcəzairli futbolçu meydan oxudu

13:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:21

"Şəfa" növbəti transferini rəsmiləşdirdi

13:04

DÇ-2028: Azərbaycanın yer aldığı səbət bilindi

12:46

"Qəbələ"də növbəti ayrılıq - RƏSMİ

12:27

"Şamaxı"nın rəqiblərindən biri müəyyənləşdi

11:59

Qlasner İtaliya nəhəngini çalışdırmağa yaxındır - SON DURUM

11:40

Balau "Şamaxı"nı "Turan Tovuz"a dəyişdi - RƏSMİ

11:28

Əziz Yıldırımdan Salah açıqlaması: "Fənərbağça"dan nə qədər maaş istədiyi bilindi

10:54

"Qrupda 12 xal qazansaq da..." - Azərbaycan millisinin baş məşqçisi

10:33

Qvardiola "Jirona"nın La Liqadan düşməsinin səbəbini açıqladı

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:51

Messiyə 2 dəqiqə kifayət etdi, Argentina darmadağınla qalib gəldi - VİDEO

09:30

DÇ-2026-da ilk turun oyun cədvəli: Braziliya, Fransa və İngiltərə əsas rəqiblərinə qarşı

09:00

Azər Bağırovun 6 aylıq sıradan çıxan futbolçu ilə bağlı qərarı bilindi

03:14

İspaniya La Liqasının ikinci bombardiri İstanbul nəhənginə keçir - MƏBLƏĞ

02:41

"Real Madrid"in ulduzu "Fənərbağça"da?

02:21

Joze Mourinyu "Real Madrid"də - RƏSMİ

01:49

"Qalatasaray"ın 15 milyon avro maaş ödəyəcəyi ulduz kimdir?

01:18

"Maltaya məğlubiyyətdən sonra qalib gəlmək niyyətində idik" - Ayxan Abbasov

00:48

"Real Madrid" onu almaq üçün 500 milyon ödəməlidir?

00:09

"Sabah" heyətini gücləndirdi - RƏSMİ

09 İyun 2026
23:54

Azərbaycan millisi San Marinonu məğlub etdi

23:05

Sumqayıtda 390 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verdi

22:51

"Qarabağ"ın gənc istedadı milliyə qələbə qazandırdı

22:30

Mourinyu onu "Real"a gətirir

22:08

Azərbaycanın U-21 millisi yoxlama matçında Qırğızıstana məğlub olub

21:43

Premyer Liqa nəhəngləri arasında 70 milyonluq savaş

21:18

"Qarabağ" yenidən "Ferentsvaroş"la qarşılaşacaq

20:39

"Yuventus" Kenan Yıldızla bağlı qərarını verdi

20:19

Şəhriyar Əliyev "Turan Tovuz"dan ayrıldı

19:47

"Mançester Yunayted"dən qapıçı həmləsi

19:13

Azərbaycanın güləş hakimləri dünya çempionatında

18:34

Azərbaycanın U-17 yığması Qazaxıstana məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X