Futbol üzrə Ermənistan millisinə yeni baş məşqçi təyin edilib.
Fanat.Az xəbər verir ki, ötən ay istefa verən Vardan Minasyanı Armen Gülbudaqyants əvəzləyib. Suren Çakalyan, Aşot Avetisyan və Roman Berezovski isə 52 yaşlı mütəxəssisin köməkçiləri təyin edilib.
Qeyd edək ki, son iş yeri "Pünik" olan Gülbudaqyants daha əvvəl ölkəsində "Alaşkert", "İmpuls" və "Banants"ı çalışdırıb. O, Ermənistanın U-19 və U-21 yığmalarının da baş məşqçisi olub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol