13:37 27.10.2018 2015

Şahin Diniyev: "Eldənizə tapşırmışdım ki, dayısı olduğumu heç yerdə deməsin"

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında 55 kq-da dünya çempionu olmuş Eldəniz Əzizlinin dayısı, futbol millimizin sabiq baş məşqçisi Şahin Diniyevin müsahibəsi.

– Siz, deyəsən, Eldəniz Əzizlinin dayısısınız...
– Artıq məlumat tutmusunuz? Doğru məlumatdır.

– Bu il Dağıstanda Avropa çempionu olanda ondan müsahibə götürmüşdüm. Maraqlıdır ki, qohumluğu haqda bir kəlmə də deməmişdi...
– Mən özüm ona belə tapşırmışdım. İstəmirdim ki, kimsə bunu bilsin. Özüm qazandığım nailiyyətlərə öz gücüm hesabına gəlmişəm. Onun da uğurlara Şahin Diniyev adı olmadan nail olmasını istəyirdim. Sonra kənarda deməsinlər ki, Şahin Diniyevin bacısı oğludur.

Qoy, öz gücü hesabına tanınsın. Ona görə ona tapşırmışdım ki, heç yerdə bu barədə demə... Əslinə qalsa, mən heç Bakı çempionu da olmamışam (gülür). O, indi məndən daha məşhurdur.

Yeri gəlmişkən, onu 15 yaşında Beyləqandan Bakıya - Elçin müəllimin (Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovu nəzərdə tutur – S.M.) yanına gətirmişdim. Dedim, bax, gör, ondan güləşçi olacaq, ya yox. Sağ olsun, Elçin müəllimin onun üzərində çox əməyi olub.

– Dünya çempionu olmaq çox çətin məsələdir. Çünki burada tək Avropa yox, Asiyanın da güclü idmançıları mübarizə aparır. İnanırdınız onun dünya çempionu olacağına?
– Düz qeyd edirsiniz. Dünya çempionu olmaq çox da asan iş deyil. Açığı, çempion olacağına inanmırdım. Amma bu onun gücünə inamsızlıqla bağlı deyildi. O, Minskdəki turnirdə əlindən zədə almışdı. Əlində çat vardı. Fikir verdinizsə, gürcü idmançı ilə mübarizədə zədəsi özünü göstərirdi. Bu baxımdan onun dünya çempionu olacağına inanmırdım. Amma dünya üçüncüsü ola biləcəyinə inamım vardı. Şükürlər olsun, ən yüksək nəticəyə nail ola bildi.

– Final görüşünü canlı izlədinizmi?
– Əvvəlki görüşlərinə sonradan baxmışdım. Amma finala hələ baxa bilməmişəm. Onun görüşü olanda mən Yessentukidən gəlirdim.

– Adətən, Olimpiya və dünya çempionu olduqdan sonra nəsil yığışır, qonaqlıq təşkil edir. Sizin nəsildə də belə bir şey olacaqmı?
– Bu sualı onun ata və anasına vermək lazımdır. Yəqin ki, bir qonaqlıq verərlər, bir quzu kəsərlər. Biz də iştirak edib o quzunun bir hissəsindən yeyərik (gülür).

– Onun qələbəsinin ruhuna ithaf etdiyi jurnalist Akif Şahverdiyevlə nə yaxınlığı var?
– Bəlkə də, deməməliyəm. Amma səmimi söhbət gedirsə, deyim. Rəhmətlik onun qayınatası olub. İyunda dünyasını dəyişdi. Həmişə deyirdi ki, Eldənizi böyüklər arasında dünya çempionu görmək istəyirəm. Amma bunu görə bilmədi...

– Eldənizi iki ildən sonra Olimpiya çempionu kimi görə bilərik?
– Bilirsiniz, yüksəkliyə çıxmaq üçün gərək aşağı baxmayasan. Qazandığın nailiyyətlər sənin başını dumanlandırmamalıdır. Onun özünə də həmişə bu haqda deyirəm. Gələndə də deyəcəm. Özünüz bilirsiniz ki, bizdə ikiqat Olimpiya çempionu yoxdur. Hamısı bu kimi şeylərdən irəli gəlir. Eldəniz başını aşağı salıb bundan sonra daha da səylə məşqlərini davam etdirsə, onun Olimpiya çempionu olacağına da inanıram.

Mənbə: oxu.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

Facebookdan bizi izləməyi unutmayın.
X