15:25 26.12.2018 2312

Millimizdə və Premyer Liqada çıxış edən futbolçuların yeni qiymətləri

Almaniyanın məşhur "Transfermarkt” saytı Azərbaycan millisi və Premyer Liqada çıxış edən futbolçuların qiymətlərini yeniləyib.

Ötən illə müqayisədə, yığmada yer alan 26 oyunçudan 9-nun qiyməti qalxıb. Ən çox dəyər qazanan "Qarabağ”ın hücumçusu Mahir Mədətovdur. Onun qiyməti 5 qat yüksəlib. "Sumqayıt”ın müdafiəçisi Şəhriyar Əliyevin qiymətində 150 fazilik artım müşahidə olunub. "Səbail”in forvardı Ruslan Qurbanovla "Qəbələ”nin yarımmüdafiəçisi Təmkin Xəlilzadə isə ikiqat dəyərli olub. Bədavi Hüseynov (56%), Maksim Medvedev (43%), Riçard Almeyda, Rüfət Dadaşov (hər ikisi 25%) və Əfran İsmayılov (17%) qiyməti artan digər futbolçulardır.

Yığmanın daha 5 futbolçusunun qiymətində isə eniş müşahidə olunub. Siyahıya 40 faiz göstərici ilə "Sumqayıt”ın müdafiəçisi Bəxtiyar Həsənalızadə başçılıq edir. Həmçinin Rahil Məmmədov (33,4%), Rahid Əmirquliyev, Cavid İmamverdiyev (hər ikisi 28,6%) və Kamran Ağayevin (25%) dəyəri düşüb. Qalan 12 futbolçunun qiyməti isə dəyişməz qalıb.

Qazaxıstan "Astana”sının formasını geyinən Riçard Almeyda millinin ən bahalı oyunçusu statusunu qoruyub. 29 yaşlı yarımmüdafiəçinin qiyməti 1,5 milyon avro təşkil edir. Almaniyanın "Aue” komandasının hücumçusu Dimitri Nazarovla "Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov hərəyə 700 min avro ilə 2-3-cü pillələri bölüşürlər. İlk "onluq”da Pavlo Paşayev, Araz Abdullayev, Maksim Medvedev, Qara Qarayev, Ramil Şeydayev ( hamısı 500 min avro), Səlahət Ağayev və Coşqun Diniyev (hər ikisi 400 min avro) yer alıb.



Azərbaycan Premyer Liqasında çıxış edən klubların heyətlərinin dəyəri ilə bağlı maraqlı tendensiya müşahidə olunub. Ötən mövsüm ölkə çempionatında ilk 4 yeri tutan komandandaların dəyəri düşüb. Elitanı tərk edən "Kəpəz”in yer almadığı siyahıda qalan 3 kollektivin qiyməti isə yüksəlib.

Ən böyük azalma çempion "Qarabağ”da müşahidə olunub. Ağdam klubunun futbolçularının ümumi dəyəri 17,25 milyon avrodan 10,45 milyon avroya enib ki, bu da 39,4 faiz fərq deməkdir. "Qəbələ” 38,4%, "Zirə” 22,7%, "Neftçi” isə 9,5% faiz ucuzlaşıb. Bunun müqabilində, "Səbail” 62,1%, "Keşlə” 62%, "Sumqayıt” isə 56,1% dəyər qazanıb.

Dəyəri kəskin şəkildə azalsa da, ən bahalı heyətə sahib olan klub "Qarabağ”dır - 10,45 milyon avro. "Neftçi" (5,73 milyon avro) ikinci, ondan cüzi fərqlə geri qalan "Qəbələ” (5,63 milyon avro) isə üçüncü yerdədir.

Debütant "Sabah” 4,10 milyon avro göstərici ilə 4-cü pillədədir. Diger sıralarda isə ardıcıllıqla "Keşlə” (4,05 milyon avro), "Səbail” (3,85 milyon avro), "Sumqayıt” (3,2 milyon avro) və "Zirə” (2,90 milyon avro) qərarlaşıb.

Premyer Liqada çıxış edən klubların ümumi dəyəri 39,90 milyon avro təşkil edir.



Azərbaycanda çıxış edən ən bahalı oyunçu "Qarabağ”ın bu yay heyətinə cəlb etdiyi Simeon Slavçevdir. Bolqarıstanlı yarımmüdafiəçinin dəyəri 1,1 milyon avrodur. Siyahıda ilk "11-lik”də qərarlaşan oyunçulardan 8-i - Bunlar Abdulah Zubir (1 milyon avro), Filip Ozobiç, Donald Gerrye (hər ikisi 800 min avro), Yakub Jezniçak, İnnosent Emeqara, Con Delarj və Bədavi Hüseynov (hamısı 700 min avro) "Qarabağ"da, qalanları Sabyen Lilay (750 min avro), Voyislav Stankoviç və Stiven Jozef-Monroz (hər ikisi 700 min avro) "Qəbələ"də çıxış edir.

İlk "30-luğ”a düşən futbolçulardan 8-i Azərbaycan pasportu daşıyır. Bədavi Hüseynovdan əlavə, Araz Abdullayev, Maksim Medvedev, Qara Qarayev (hamısı 500 min avro), Cavid Hüseynov, Coşqun Diniyev, Səlahət Ağayev və Məhəmməd Mirzəbəyov (hamısı 400 min avro) siyahıya düşüb.

Dəyəri ən aşağı olan futbolçulara gəlincə, bununla bağlı dəqiq rəqəm yazmaq mümkün deyil. Çünki siyahılarda bəzi oyunçuların qiymətləri göstərilməyib. Ümumilikdə isə ən aşağı göstərici kimi 25 min avro qeyd olunub. (report.az)

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

Facebookdan bizi izləməyi unutmayın.
X