14:14 03.01.2019 3465

Təmkin Xəlilzadə: “Nə etmək olar ki, ağzı olan danışır”- MÜSAHİBƏ

"Sabah”ın yeni transferi Təmkin Xəlilzadənin müsahibəsi:


- "Sabah”la müqavilə imzalamağın bir az gözlənilməz oldu...
- "Qəbələ”dən ayrılıb "Sabah”a keçidim həqiqətən gözlənilməz oldu. Amma bu addımı sırf ailə vəziyyətimə görə atdım. Bir aydan sonra ata olacağam. Belə vəziyyətdə Qəbələyə gedib-gəlmək mənə çətinlik yaradırdı. Ailəmin burda olmağı məni istər-istəməz narahat edirdi. Mən bir futbolçudan əlavə həm də ailə başçısıyam. Seçimimi də ona görə etdim.


- Sənin transferin üçün müəyyən ödəniş olduğu deyilir.
- Bu, klublararası danışıqdı. Bundan mənim xəbərim yoxdu.


- "Qəbələ”nin səni heyətində borclarına görə, problemlərindən bezidiynə görə saxlamadığı haqqında yazılar var...
- Çox mənasız iddiadı. Amma nə etmək olar ki, ağzı olan danışır. Şükürlər olsun ki, Azərbaycanda kifayət qədər tanınan futbolçuyam, milli komandaya dəvət alıram. Bu da o deməkdi ki, normal məvacibim var. Niyə mənim borcum olmalıdı? (gülür). Hansı məntiqlə düşünmək olar ki, məni "Qəbələ” heyətində saxlamaq istəməyib? İstəməyən komanda məni bir mövsüm hər oyun 90 dəqiqə meydanda saxlayar? Açıq başla futbol oynamamışamsa, necə olur ki, qol ötürmələri vermişəm? Yaxud PFL-in rəmzi "11-liy”inə 1 yox, 3 dəfə düşmüşəm? Onu da qeyd edim ki, milli komandada qol vurub Millətlər Liqasında komandamızın ilk qoluna imza atmışam. Milli komandanın maaş kartı özümdədi. Heç kim narahat olmasın. "Zirə”dən ayrılanda da belə söhbətlər var idi, yalan danışırdılar. Həmin vaxt "Qəbələ”nin köklü, iddialı klub olduğunu düşünüb təklifi qəbul etdim. Ümumiyyətlə, bizdə bar verən ağacı daşlamaq adətdi. Bu söhbətləri eşidəndə sadəcə, gülüb keçirəm.


- "Sabah”ın avrokuboklara gedə bilməməsi səni narahat etmir? Ən azı "Qəbələ” ilə belə şansın var idi...
- Bu il olmasa da, gələn il mütləq avrokuboklara vəsiqə qazanacağımıza inanıram. Tam əminəm və buna görə narahat deyiləm.


- "Qəbələ”dən özün getmək istədin?
- Açığı, orada qalmaq istəyirdim. Orada xoşbəxt idim, amma ortada ailə faktoru var. Seçim edərkən ailəmi də düşünməli idim. Buna görə belə qərar verdim.


- "Sabah”ın uğurlu çıxışını davam etdirəcəyini düşünürsən?
- Burdakı planlar, iddialar adamı sevindirir. Gələn il komanda daha iddialı olacaq, hətta çempionluq üçün də oynaya bilər. Buna görə də daha çox çalışmaq lazımdır.


Mənbə: futbolinfo.az

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

Facebookdan bizi izləməyi unutmayın.
X