16:09 26.01.2019 1519

"Forza"dan üzr istəmək əvəzinə yalvaran "xarizma"

"Neftçi"nin prezidenti Kamran Quliyev futbolpress.az saytına müsahibə verib. Futbolda heç bir uğur qazanmasa da, elmə məlum olmayan səbəblərə görə ölkənin ən köklü klubunun prezidenti kimi məsul vəzifə həvalə edilən Quliyev bir daha iç üzünü açıb hamıya göstərib.


Cəmi 1 ildi yaranan "Sabah"la görüşdən sonra "xalq komandası"nı el-aləmdə rüsvay edən Quliyev bu hərəkətinə görə azarkeşlərdən, futbol ictimaiyyətindən üzr istəmək əvəzinə yenənala-mıxa vurub. Amma 8 komanda arasında 6-cı pillədə qərarlaşan "Sumqayıt"a kubokda məğlub olub, çempionluq yolunda isə çox vacib 2 xal verəndən sonra tribunlardan küsdürdüyü azarkeşlərə qarşı etdiyi səhvləri anlayıb.

 

"Forza Neftçi”siz bir oyunumuz olmasın" deyə yalvaran "xarizma" yaxşı olar ki, ölkənin ən böyük azarkeş qrupundan üzr istəyib, bu narazılığı aradan qaldırsın. Çünki, "Forza"nı küsdürməklə nəinki "Neftçi"yə, illərdi tribunaların boşluğundan "əziyyət çəkən" bütün futbolumuza zərər verir.

 

Uşaq futbolu haqda ağızdolusu danışsa da, "Neftçi"nin illərin əziyyəti ilə yetişdirdiyi bir çox istedadı klubdan didərgin saldığını və bununla "flaqman"a hələ uzun müddətlik sağalmaz yara vurduğunu deməyi "unudub".

 

Bərbad transferləri və formal sponsorları xeyli tərifləyən "xarizma" çempionluq vədi də verməyib. Hərçənd, klubun büdcəsi, azarkeşləri, Kamran Quliyevə qoyulan futbolçu mirası, klubun tarixi çempionluqdan başqa heç bir nəticəni məqbul saymır. Amma Kamran müəllim çempion olmasa istefa vermək fikrində deyil, bu sualdan məharətlə yayınır. Eyni zamanda, bir həftə sonra "Qarabağ"la keçiriləcək prinsipial oyun haqda nikbin deyil.

 

Futbolçuların, komandanın hələ tam hazır olmadığını deyir, sanki, azarkeşləri indidən uğursuzluğa hazırlayır. Amma özü də yaxşı bilir ki, çempionat elə vəziyyətdədi ki, "Neftçi"nin bu vəziyyətdə çempion olmamağı əsl faciə olar. Quliyev həm də gözəl bilir ki, çempionluqdan başqa hər hansı nəticə qovulması ilə nəticələnəcək.

 

Riad Rəfiyev, Zaur Axundov, Elnur Eyvazov "Neftçi" prezidentliyinə daha layiqli namizədlərdi. Kamran Quliyev bu məsələlərin apreldə, mayda müzakirə olunacağını düşünür. Amma yanılır! "Qarabağ"a məğlubiyyət və bundan sonrakı bir-iki oyundakı uğursuzluq onun labüd gedişini tezləşdirə bilər.

 

Mənbə: matc.az

 

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

Facebookdan bizi izləməyi unutmayın.
X