Asiya Kubokunda finalçılar müəyyənləşib.
Fanat.Az xəbər verir ki, ikinci yarımfinal matçında Qətər və Birləşmiş Ərəb Əmirlikləri komandaları üz-üzə gəlib. 4:0 hesabı ilə qələbə qazanan Qətər yığması finala vəsiqə qazanıb. Komanda həlledici görüşdə Yaponiya ilə qarşılaşacaq.
Qeyd edək ki, digər yarımfinal görüşündə Yaponiya İranı 3:0 hesabı ilə üstələmişdi. Final matçı fevralın 1-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol