"Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XV turunda "Sumqayıt"ı evdə 1:0 hesabıyla məğlub etdikləri mətbuat konfransına sonradan qatılıb. Konfransdan öncə klubun mətbuat katibi Anar Hacıyev bu haqda jurnalsitlərə açıqlama verib:
"UEFA-nın lisenziyalaşdırma tələblərinə uyğun olaraq, komandanın baş məşqçisinin mütləq PRO kateqoriyası olmalıdı. Bildiyiniz kimi Sənan Qurbanovda hələ ki, A kateqoriyasıdı. Klub olaraq, bu məsələ ilə maraqlanmışıq. 2020-ci ilə qədər nə Azərbaycanda, nə də yaxın xaricdə PRO kateqoriyalı kurslar təşkil olunmayacaq. Bu üzdən klub olaraq biz də vəziyyətdən çıxmaq üçün sənəd üzərində Zaur Həşımovu baş məşqçi kimi göstərmək məcburiyyətindəyik”.
Hacıyevin açıqlamasından sonra jurnalistlər qarşısına çıxan Həşimov məsələ ilə bağlı fikilərini bildirib: "Bildiyiniz kimi 1 aydı "Qəbələ”nin məşqçilər korpusundayam. Bura Sənan müəllimə kömək etmək üçün gəlmişəm. Sevinirəm ki, sözügedən məsələdə də komandaya faydalı olacam”.
Bundan sonra jurnalistlər qarşısına artıq sənəd üzərində məşqçi kimi gəstərilən Qurbanov daxil olaraq oyunla bağlı fikirlərini bölüşüüb: "Çətin oyun olacağını bilirdik. "Sumqayıt” yaxşı təşkilatlanmış, səviyyəli oyunçulara malik komandadı. İlk hissədə oyunmuz o qədər də yaxşı alınmasa da, fasilədən sonra üstünlük bizim tərəfimizdə idi. Və istədəyimiz qolu vura bildik. Cavid Hüseynova gəlincə, ola bilsin, hardasa səhvlərə yol verdi, top itkiləri ilə yadda qaldı. Ancaq o komandanın lideridi. Hücumların qurulumasında çox fəal iştirak edir. Amin Seydiyev istər Bakıda, istərsə də Antalyada keçirilən təlim-məşq toplanışında bizə "mən də varam” siqnalını ötürürdü. Bu gün də özünü yaxşı tərəfdən göstərdi”. (Sport24.az)
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol