11:06 18.02.2019 4195

\"Gilavar FC\" futbol məktəbi - 1 il

Dünən (17.02.2019) "Gilavar FC” futbol məktəbi yaranmasının bir ili münasibəti ilə tədbir keçirib. Tədbir məktəbin Gənclik filialında baş tutub.  

Açılış məktəbin təsisçisi və direktoru Zeynal Kərimzadənin nitqi ilə başladı. Tədbir iştirakçılarını salamlayan Zeynal bəy, ötən bir ilin çətinlikləri ilə yanaşı, uğurlarından da danışdı. Məktəbin gələcək perspektivindən danışan təsisçi yeniliklərin də olacağını vurğuladı. 

Qeyd edək ki, "Gilavar FC” uşaq məktəbinin bir illiyinə "Neftçi”nin kapitanı Ruslan Abışov, Tural Axundov və futzal millimizin qapıçısı Rövşən Hüseynli də  dəvətli idilər. Rəsmi hissənin sonunda məktəbin futbolçuları qonaqlarla xatirə fotoları çəkdirdilər. 



Bundan sonra tədbir uşaqlar üçün nəzərdə tutulmuş  şou xarakterli oyunlarla davam etdi. 

Yaranmış fasilə zamanı fürsətdən istifadə edib Zeynal Kazımzadə ilə ətraflı söhbətləşmək qərarına gəldik.

- Zeynal bəy, təşəbbüs hardan gəldi, necə oldu belə bir məktəb yaratdınız?
- Mən heç vaxt futbolla məşğul olmamışam, futbolçu olmamışam. Amma həmişə futbola marağım olub. Özüm uzun müddətdi maliyyə sektorunda çalışıram. Ötən il 2,5 yaşı olan oğlumu futbol məktəbinə yazdırmaq istədim. Gördüm ki, 3 yaşında uşaqları qəbul edən məktəb yoxdu. Bundan sonra belə bir ideya yarandı. Gördüm ki, bu sahədə boşluq var. Həm bazardakı boşluğu doldurmaq, həm öz uşaqlarımıza, həm də digərlərinə şərait yaratmaq üçün bu məktəbi qurmaq qərarına gəldim. 

- Məqsədiniz, hədəfləriniz nədən ibarətdi? 
- 3 yaşdan 12 yaşadək biz aqreqator funksiyasını oynayırıq. Böyük futbola keçmək kimi bir planımız yoxdu. Böyük klublarımız üçün, həmçinin Avropda oynaya biləcək futbolçularımız üçün təməl yaratmaq istəyirik. İstəyirik ki, 11-12 yaşına çatanda hazır futbolçular olsun. 

- Belə başa düşdüm ki, məqsədiniz qazanc əldə etmək deyil... 
- Hazırda kommersiya məqsədimiz yoxdu. Bu uzun müddətli layihədi. Ola bilər ki, 3-5 ildən sonra hər hansı bir məqsəd olsun. İndi yalnız ictimaiyyət üçün işləyirik. Çalışırıq ki, Azərbaycan futbolunun inkişafına dəstək olaq. 



- Hazırda neçə futbolçunuz var? 
- Bir il ərzində məktəbimizin 80-ə yaxın üzvü formalaşıb. 

- Bəs seçim turlarınız necə keçirilir?
- Bizim öz proqramımız var. Əslində məşqlər ödənişlidi. Amma 3 aydan bir seleksiya keçirilir. Bu zaman ən istedadlı uşaqlar hər yaş qrupuna uyğun seçilir. Bundan sonra onlarla uzun müddətli müqavilələr imzalanır və məktəbdə pulsuz məşqlərə cəlb olunurlar. 

- 12 yaşdan sonra bu uşaqlarla bağlı hansı planlarınız var?
- İndi bəzi klublarla danışıqlar aparırıq ki, gələcəkdə bizim yetişdirdiyimiz futbolçuların həmin klublara keçidini təşkil edək. Çalışırıq ki, bu münasibətləri rəsmiləşdirək və onlarla işləyək.

- Məktəbiniz hansısa klubun maraq dairəsinə düşübmü? Gəlib məşqlərinizə, oyunlarınıza baxanlar olurmu? 
- Məktəbin açılışında "Qəbələ"nin baş skautu Böyükağa müəllim gəlmişdi. Danışığım omuşdu ki, bəlli bir səviyyəyə gəldikdən sonra bizim futbolçuların onların klubuna keçidini təmin edək. 

- Ölkə daxili hansısa turnirə iştirak edirsiz? 
- Hazırda AFFA 6-8 yaş arası Akademiya Kuboku keçirir. Bizim komanda ilk dəfə orda iştirak edir. İki oyun keçirmişik. Kifayət qədər güclü rəqiblər var.



- Məktəbinizdə ödəniş nə qədərdi? 
- Filialdan-filiala fərqlər var. Gənclik filialında şənbə və bazar günləri olmaqla ayda 8 dəfə məşqlər 60 manatdı. Xətai filialımızda həftədə 3, ayda 12 dəfə olmaqla aylıq ödəniş 30 manatdı.
 
- Meydançaları icarəyə götürürsüz. Xərcləri qarşılamaq olurmu?
- Sözsüz ki, bir az çətin olur. Amma çalışırıq ki, yoluna qoyaq. 

- Məktəblə bağlı informasiyaların ictimaiyyələşdirilməsi üçün sosial şəbəkələrdə hansı işləri görürsünüz? 
- İlk gündən "Facebook" və "Instagram" sosial şəbəkələrində səhifələrimiz var. Məktəbimizin reklamı aktiv şəkildə aparılır. Azərbaycandan ilk dəfə portal formasında sayt hazırlayırıq. Orda uşaqların aydan-aya inkişaf tempi ilə bağlı bütün məlumatları almaq olacaq. 

- Uşaqlarla neçə məşqçi məşğul olur? 
- Hazırda 3 məşqçimiz var. 2-si Azərbaycan, biri Ukrayna vətəndaşıdı. Namiq Həsənov baş məşqçimizdi. Namiq İsgəndərov və Riçard Hotra məşqçilərdi.

Fanat.Az
 






Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyun 2024
11:58

Terziç finaldan öncə belə danışdı

11:27

AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlandı

10:50

Çempionlar Liqasında qalib müəyyənləşir - YENİLƏNİR

10:19

Ronaldu göz yaşlarına hakim ola bilmədi - FOTO

10:00

Pulsuz mərc gəldi

09:30

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:00

Ronaldunun komandası Kral Kubokunu qazana bilmədi

31 May 2024
23:04

Azərbaycan yığması Türkiyəyə uduzdu

20:20

London nəhənginin iki forvardı klubu tərk edəcək

19:35

Qasperini İngiltərədən aldığı əla təklifi geri çevirdi - Özü açıqladı

01 Yanvar 1970
04:00

04:00

04:00

18:44

A Seriyasının ən yaxşısı klubundan ayrılır? - Bu tələbi rəhbərliyi qane etmədi

18:03

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR 

17:43

"Sumqayıt" hücumçusu ilə vidalaşdı

17:19

Azərbaycan Avropa çempionatına 4 atletlə qatılacaq

16:46

"Qarabağ" "Partizan"ın qapıçısına təklif göndərib? - AÇIQLAMA

04:00

04:00

16:28

Elmir Tağıyev növbəti mövsümə harada başlayacaq? 

16:11

Yassin Benzia milliyə çağırıldı

15:53

Vüsal Məsimov "Kəpəz"i bu kluba dəyişə bilər

15:35

"Sumqayıt" rekordunu yenilədi

15:21

"Roma" yeni transferini açıqladı

15:02

Azərbaycan avarçəkənləri beynəlxalq turnirdə iştirak edəcəklər

14:48

Kvaratsxeliya Avropa nəhənginə "hə" dedi - "Napoli" 100 milyon istəyir

14:30

Azərbaycan boksçusu Paris-2024-ə lisenziya qazandı

14:12

Aftandil Hacıyev "Turan Tovuz" rəsmiləri ilə görüşdüyünü təsdiqlədi

13:54

"Səbail" toplanış üçün bu ölkəni seçdi

13:36

Adıyev Qazaxıstan millisindən getdi

13:08

Rodrigesin "Barselona"ya keçidi alınmaya bilər - SƏBƏB

13:00

Azərbaycan Kuboku: Mətbuat konfranlarının və açıq məşqlərin vaxtı bilindi

12:50

AÇ-2024: Ukrayna artıq Almaniyadadır

12:31

Boatenq də İtaliya klubunu tərk etdi, Oçoa da

12:15

Mourinyu İstanbul nəhəngində - Bu gün rəsmən açıqlanacaq

11:41

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol milliləri Estoniyaya qarşı

11:22

"Neftçi" Fərrux Mahmudovu göndərdi

11:13

"Araz-Naxçıvan" 6 futbolçu ilə anlaşdı

10:55

Bellinqem London yolunda - Premyer Liqa klubu ilə danışıqlar başladı

Facebookdan bizi izləməyi unutmayın.
X