Paraqvayın "Libertad" klubu ilə bağlı qaqlmaqallı xəbərlər gəlməkdə davam edir.
Bundan əvvəl komandanın baş məşqçisi Leonal Alvaresin futbolçu Edqar Benitezin model həyat yoldaşı Patti Qonzaleslə yatağa girməsi üzə çıxmışdı. Bundan sonra baş məşqçi qovulmuşdu.
Bu dəfə məlum olub ki, Leonal Alvaresə də model sevgilisi Yohanna Qarsiyanın xəyanət etdiyi üzə çıxıb. Paraqvayda yayımlanan "Teleshow" adlı proqramda Qarsiyanın "Libertad"ın və Paraqvay millisinin üzvü Oskar Kardozo ilə görüşdüyü iddia olunub. Hətta cütlüyün birlikdə fotolarının olduğu da bildirilib.
Qeyd edək ki, Paraqvayın məşhur futbolçularından olan Oskar Kardozo karyerası ərzində Avropada "Benfika", "Trabzonspor" və "Olimpiakos"un formasını geyinib. O, 2006-cı ildə milli komandaya çağırılır.
Fanat.Az