"Sumqayıt" Futbol Akademiyasının direktoru vəzifəsinə yeni təyinat gerçəkləşib.
Fanat.az xəbər verir ki, bu vəzifəni Hakan Sünal icra edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, son olaraq Almaniyanın "Frankfurt” klubunun U-19 komandasının baş məşqçisi və U-16 – U-19 arası yaş qruplarının koordinatoru vəzifəsində çalışan türk əsilli Hakan Sünal "Ayntraxt", "SG Rosenhöhe”, "SpVgg Oberroad 05” kimi klublarda məşqçilik fəaliyyəti ilə məşğul olub. 39 yaşlı mütəxəssis həmçinin "M5 Sports” futbol məktəbinin yaradıcısı və sahibi olub.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol