15:24 02.04.2019 1806

Azərbaycan idmanı: Mötəbər tədbirlərdən çoxsaylı medallaradək - İSLAHATLARIN 1 İLİ (VİDEO)

Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin yenidən dövlət başçısı seçilməsindən ötən bir il müddətində Azərbaycanın dünya idmanındakı nüfuzu daha da artıb.

"Report” xəbər verir ki, 2018-ci ilin aprelindən bəri ölkədə bir sıra mötəbər beynəlxalq yarış və tədbirlər keçirilib. Odlar Yurdunu təmsil edən idmançılar dünya arenalarında müxtəlif növlərdə fəxri kürsüyə yüksəlməyi bacarıblar.

Azərbaycan hesabat dövründə "Formula 1” üzrə Azərbaycan Qran Prisi, cüdo üzrə dünya çempionatı, şahmat üzrə "Shamkir Chess-2018” beynəlxalq superturniri, velosiped idmanının BMX növü üzrə dünya çempionatı, batut, tamblinq və mini-batut gimnastikası üzrə Avropa çempionatı, akrobatika üzrə Dünya Kuboku və digər nüfuzlu beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edib. Həmçinin Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar "Bakı 2019: Ulduzlar finalı” adlı qarşılaşma təşkil olunub.



Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il "Formula 1” üzrə Azərbaycan Qran Prisinin qalibi Almaniyanın "Mercedes” komandasının pilotu Lüis Hemiltonu şəxsən mükafatlandırıb. Dövlət başçısı Bakıda keçirilmiş cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edib. Yarışları Rusiya Prezidenti Vladimir Putin və Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa da canlı izləyiblər.

Ötən müddət ərzində Bakıda Beynəlxalq Gimnastika Federasiyasının ali orqanı olan Konqresin iclası, Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının 50 illik yubileyi ilə əlaqədar Gənc Liderlərin Qlobal Forumu, İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin gənclər və idman nazirlərinin 4-cü konfransı, Ümumdünya Antidopinq Agentliyinin İcraiyyə Komitəsinin yığıncağı, Dünya Boks Şurasının (WBC) 55-ci Konvensiyası, Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası və daha bir neçə mühüm tədbirlər baş tutub.

Azərbaycan idmançıları 2018-ci idə keçirilmiş beynəlxalq yarışlarda 753 medal qazanıblar. Medallardan 263-ü qızıl, 230-u gümüş, 260-ı isə bürünc əyarlı, 313-ü (85 qızıl, 90 gümüş və 138 bürünc) olimpiya, 440-ı (178 qızıl, 140 gümüş və 122 bürünc) isə qeyri-olimpiya növlərinin payına düşüb.



Azərbaycan Prezidenti ötən il oktyabrın 15-də Lənkəran Olimpiya İdman Kompleksinin, bu il fevralın 13-də isə Beyləqan Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Bununla da ölkədə istifadəyə verilən Olimpiya İdman Komplekslərinin sayı 45-ə çatıb. Hazırda 3 Olimpiya İdman Kompleksinin (Neftçala OİK, Tərtər OİK, Goranboy OİK) və 2 İdman Kompleksinin (Yardımlı İK, Qala İK) tikintisi davam etdirilir, Yevlax Olimpiya İdman Kompleksinin layihələndirilməsi başa çatdırılıb.

Prezident İlham Əliyev Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında medal qazanan idmançıları və onların məşqçilərini mükafatlandırıb.

Birinci yeri tutan hər bir idmançıya 25 min manat, onun məşqçisinə 12 min 500 manat; 

İkinci yeri tutan hər bir idmançıya 15 min manat, onun məşqçisinə 7 min 500 manat; 

Üçüncü yeri tutan hər bir idmançıya 10 min manat, onun məşqçisinə isə 5 min manat 

mükafat verilib. Komandanın baş məşqçisinə idman növü üzrə ən yüksək nailiyyət göstərmiş idmançıya görə şəxsi məşqçisinin aldığı məbləğ qədər mükafat ödənilib. Argentinaya yollanmış 17 Azərbaycan idmançısından 2-si qızıl, 1-i gümüş, 3-ü bürünc medal qazanıb.



Dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunmuş tədbirdə 25 nəfər görkəmli idman xadimini mənzillə mükafatlandırıb. Siyahıda müxtəlif idman növləri üzrə məşqçilər, hakimlər, idmançı və veteran idmançılar, eləcə də Gənclər və İdman Nazirliyinin əməkdaşları yer alıb.

Azərbaycan 2019-cu ildə də bir sıra nüfuzlu yarışlara ev sahibliyi edəcək. Bakıda 26 - 28 apreldə "Formula 1” üzrə Azərbaycan Qran Prisi, 29 mayda UEFA Avropa Liqasının final oyunu, 21 - 27 iyulda XV Avropa Gənclər Olimpiya Festivalı, 16 - 19 mayda bədii gimnastika üzrə Avropa, 16-22 sentyabrda isə dünya çempionatı kimi mötəbər yarışlar baş tutacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 Avqust 2026
01:43

KL: "Tvente" darmadağına sevindi

01:18

AL: "Beşiktaş"dan minimal hesablı qələbə

01:01

Murad Məmmədov Avstriya nəhənginə qarşı oynadı, komandası isə...

06 Avqust 2026
23:54

Qurban Qurbanov "Dinamo"ya məğlubiyyətdən sonra belə danışdı

23:24

Komandası heç-heçəyə razılaşdı, Mahir isə...

23:09

Azərbaycan millisi Göygöldəki təlim-məşq toplanışını başa vurdu

22:56

KL: "Dinamo" "Qarabağ"ı minimal fərqlə üstələdi

22:19

“Atletiko” Romeronu transfer etmək istəyir

21:34

"Kəpəz" Gəncədə "Karvan-Yevlax"ı məğlub etdi

21:18

"Fənərbağça"nı məyus edən xəbər gəldi - Bu futbolçu 6-8 həftə oynamayacaq

20:56

“Real Madrid”in alternativ planı

20:01

Slavik Alxasovun yeni klubu bilindi

19:47

Cənubi Koreya Futbol Assosiasiyasında polis əməliyyatı

19:08

Yan Diomande "Real Madrid"də - RƏSMİ

18:34

AFFA "Şamaxı" və "Qəbələ" akademiyalarında maarifləndirici təlim keçib

18:08

AFFA Premyer Liqa klubları ilə maliyyə məsələlərini müzakirə edib

17:42

Komandaya istirahət verən Tsxadadze daha 2 legionerin yolunu gözləyir

17:24

"Trabzonspor" Salahın transferini və keçidin maliyyə detallarını açıqladı

17:06

Turan Manafovun aqibəti necə olacaq? - SON DURUM

16:48

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə səfər matçında yüzlərlə azərbaycanlı dəstəkləyəcək

16:29

"Sabah" - "Orhus" oyununa neçə bilet satıldığı bilindi

16:11

"Sabahın Ulduzları" - Bir qucaq ümid

15:53

Dambrauskas heyətə 1 gün istirahət verdi

15:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:23

"Everton" "Arsenal"ın yarımmüdafiəçisini aldı - Bu qiymətə

14:50

"Turan Tovuz" sabiq "Konyaspor"lunun keçidini rəsmən açıqladı

14:46

"Bu mərhələdə səhv etmək olmaz" - Ağasəlim Mircavadov "Qarabağ"a inanır

14:14

"Araz-Naxçıvan" futbolçusu ilə yollarını ayırdı

14:07

“Qarabağ” Akademiyasında yeni təyinatlar bilindi

13:49

Leau ilə anlaşan "Qalatasaray" indi də bu futbolçunu istəyir

13:31

Samir Əliyev "Qarabağ" - "Dinamo" mübarizəsindən nə gözləyir?

13:12

Cəfərov Avropa Liqasına təyinat aldı

12:55

"Barselona" Rodrini "Real"a keçmək fikrindən daşındırdı - SON DURUM

12:37

Qavi dünya çempionatında verdiyi sözü tutdu - FOTO

12:19

"Sabah" bu cütün qalibi ola bilər" - Aslan Kərimov

12:00

“Qarabağ” - “Dinamo Kiyev” oyununun biletləri satışa çıxarıldı

11:42

KL: Polşada azərbaycanlıların sınaq günü - "Qarabağ" ukraynalılara, Mahir Emreli isveçlilərə qarşı

11:23

Messi qollarının sayını artırdı

11:04

Premyer Liqa klubu 2 futbolçusunu əvəzedici heyətə göndərdi

10:30

AL: "Beşiktaş"ın səfər sınağı, Murad Məmmədovun komandası "Zalsburq"la üz-üzə

Facebookdan bizi izləməyi unutmayın.
X