"Yuventus" İtaliya A Seriyasının XXXII turunda SPAL-a məğlub olub.
Fanat.Az xəbər verir ki, Ferrara şəhərinin "Paolo Mattsa" stadionunda baş tutan görüş 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Oyunda ilk olaraq "byankonyeri"lər fərqlənib. Moyze Kin 30-cu dəqiqədə hesabı açaraq, çempionatda keçirdiyi ardıcıl dördüncü oyunda qol vurub. İkinci hissənin əvvəlində, 49-cu dəqiqədə SPAL Kevin Bonifatsi, 74-cü dəqiqədə isə Serco Flokkarinin vurduğu qollar sayəsində hesabda önə çıxıb.
"Yuventus" SPAL-a uduzmaqla, vaxtından əvvəl çempion olmaq imkanını qaçırıb. Hazırda Turin komandası turnir cədvəlində liderliyini davam etdirir və ən yaxın izləyicisi olan "Napoli"ni 20 xal qabaqlayır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol