"Yuventus"un futbolçusu Kriştiano Ronaldo komandanın Sinqapurdakı məşqi zamanı yerli polislə zarafatlaşıb.
Fanat.Az xəbər verir ki, məşq zamanı fanatlardan biri meydana daxil olub və onu 10-a yaxın polis əməkdaşı tutmağa çalışıb.
Bu zaman portuqaliyalı hücumçu zarafatca polislərdən birinin üzərinə atılaraq ona çiyinlə zərbə endirib. Polis futbolçunun bu hərəkətinə təəccüb edib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol