Ankarada təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" bu gün növbəti yoxlama oyununu keçirib.
Fanat.Az məlumatına görə, Ayxan Abbasovun komandası qardaş ölkədəki 4-cü sınağında Türkiyə Super Liqası təmsilçisi "Gənclərbirliyi" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, ,"Sumqayıt" bundan əvvəl "Petrolul"la (Rumıniya) heç-heçə (2:2) edib, "Ahal"a (Türkmənistan) qalib (1:0) gəlib, "Diyarbekirspor"a (Türkiyə) isə məğlub (0:1) olub.
Sumqayıt - Gənclərbirliyi 1:1
Qollar: Amil Yunanov, 46 - Zarqo Ture, 31.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol