"Qalatasaray" uzun müddətdi heyətinə qatmaq istədiyi Radamel Falkaonu İstanbula gətirib.
Fanar.Az xəbər verir ki, "Monako"dan ayrılan və ailəsi ilə birlikdə Türkiyəyə gələn kolumbiyalı futbolçunu hava limanında 25 min insan qarşılayıb.
Futbolçu və ailəsi gördüyü mənzərə qarşısında heyrətlənib. Falkao və həyat yoldaşı azarkeşləri əl hərəkətləri ilə coşdurub.
Qeyd edək ki, Falkao bu gün Türkiyə vaxtı ilə 19.05-də klubun stadionunda rəsmi müqaviləni imzalayacaq.
Fanat.Az