İngiltərənin səviyyəcə üçüncü çempionatı olan Birinci Liqada 8-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Serhat Taşdemirin formasını geyindiyi "Piterboro Yunayted” də növbəti matçına çıxıb.
Serhatlı kollektiv doğma meydanda "Roçdeyl”lə üz-üzə gəlib. Futbolçumuzun komandası 6:0 hesablı darmadağına sevinib.
Taşdemir 74-cü dəqiqədə meydana çıxıb.
"Piterboro Yunayted” 8 turdan sonra 13 xal toplaya bilib. Milli üzvünün komandası 24 klubun təmsilçiləri arasında 6-cı pillədə mövqe tutub.
Fanat.Az