Həmyerlimiz Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya” Çexiyanın gənclər liqasında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, sözügedən komanda 6-cı tur çərçivəsində doğma meydanda "Sokol Hostoun”u qəbul edib. Futbolçumuzun komandası 4:0 hesablı qələbə qazanıb.
Fərid oyuna start "11-lik"də başlayıb və 81-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 3 qol vuran millimizin üzvü bu dəfə fərqlənə bilməyib.
"Slaviya”nın U-21 komandası 6 turdan sonra 9 xalla 16 iştirakçı arasında 7-cidi.
Fanat.Az