İbrahimoviç coşdu: het-trik etdi, 9 qol vuruldu - VİDEO
ABŞ-ın MLS liqasında XXXI turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, "Los-Anceles Qalaksi" "Sportinq Kanzas Siti" ilə qarşılaşıb.
"Dayniti Hilt Sports Park"da keçirilən oyun birincilərin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Los-Anceles Qalaksi"nin hücumçusu Zlatan İbrahimoviç bu oyunda da het-trikə imza atıb.
Bununla Zlatan cari mövsümə qollarının sayını 26-ya çatdırıb.