Niger millisi baş məşqçisiz qalıb.
Fanat.Az xəbər verir ki, Fransua Zaui postundan istefa verib. Bu barədə o, özü məlumat verib.
58 yaşlı mütəxəssis bunu şəxsi səbəblərlə əlaqələndirib: "Ölkədə olduğum müddətdə mənə çox yaxşı münasibət bəsləyən Nigeriya Futbol Federasiyasının prezidenti, polkovnik Peleyə təşəkkür edirəm".
Qeyd edək ki, Zaui 2015-ci ildən bəri Niger yığmasını çalışdırırdı.
Fanat.Az