Məşhur məşqçi istefaya göndərildi
Qus Hiddink Çinin U-22 millisinin baş məşqçi postundan istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, buna səbəb Çin Futbol Federasiyasının rəhbərliyinin məşhur mütəxəssisin mətbuatla danışıq üslubunu bəyənməməsi və nəticələrdən narazı qalması olub. Komandanın Vyetnama məğlubiyyəti istefa qərarında mühüm rol oynayıb.
Qus Hiddinki Çinin qadın millisinin sabiq baş məşqçisi Xao Veyin əvəzləyəcəyi bildirilib.
Fanat.Az