17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bakıda təlim-məşq toplanışındadı.
Fanat.Az xəbər verir ki, komandamız hazırlıq çərçivəsində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti yoldaşlıq oyunu keçirib.
Qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilib və Belarus 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilən matçda qonaqlar 4:1 hesablı qələbə qazanıb.
Fanat.Az