12:14 24.09.2019 1873

Rəşad Sadıqov: "Hacıya "İnter"ə vurduğumuz sayılmayan qolun videosunu göndərdim"

"Hacı Əliyevin görüşünə hamımız baxdıq. Onun rusiyalı Hacımurad Rəşidovla qarşılaşmasındakı epizod çox müzakirə olundu”.

Bunu "Report”a dünya çempionatından dönən dostu, sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Hacı Əliyevi qarşılamaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn "Qarabağ”ın futbolçusu Rəşad Sadıqov deyib.

Kapitan 65 kq çəki dərəcəsində çıxış edən üçqat dünya və Avropa çempionunun hakim haqsızlığı ilə üzləşdiyini vurğulayıb: "Mənim bildiyim, anlayışı olanlardan maraqlandığım qədər həmin vaxt Hacıya 2 yox, 4 xal verilməli idi. Ancaq hakimlər çox maraqlı qərar qəbul etdilər, rusiyalı idmançıya 1 xal verdilər. Mənim üçün ən vacib olan odur ki, Hacı həmin görüşü çox yüksək səviyyədə keçirdi. Özünüz də gördünüz, rusiyalı güləşçi yekunda dünya çempionu oldu. Ancaq Hacı onunla görüşü hücumda keçirdi və çox gözəl fəndlərdən istifadə etdi”.

37 yaşlı müdafiəçi medalsız qalmasına rəğmən, Əliyevin dünya çempionatını yaxşı səviyyədə keçirdiyini bildirib: "İkinci təsəlliverici görüşdə yaponiyalı güləşçiyə də uduzsa belə, orada da yaxşı təsir bağışladı. Fikrimcə, ümumilikdə dünya çempionatını yaxşı səviyyədə keçirdi. Onun çıxış etdiyi çəki dərəcəsi ən çətinlərdəndir, güclü rəqibləri var. Yaxşı olacağına ümid edirəm. Özü ilə danışanda, bizim Avropa Liqasının qrup mərhələsində Bakıda İtaliya "İnter”inə vurduğumuz sayılmayan qolun videosunu göndərdim ki, Hacı, bizim də başımıza belə bir iş gəlmişdi. Eşitmişdi, amma görməmişdi. O da təəccübləndi ki, belə qol necə sayılmaya bilər. Hacı bu yükün altından qalxacaq. Düzdür, ona ciddi psixoloji zərbə oldu. Dünya çempionuna qalib gələsən, amma yekunda medalsız qalasan... Amma Hacı xarakterli idmançıdır. Bunun öhdəsindən gələcək”.

Qeyd edək ki, Azərbaycan güləşçiləri dünya çempionatını 6 medal və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına 2 lisenziya ilə başa vurublar. Qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl medal və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya, Elis Manolova (65 kq) bürünc, yunan-Roma güləşçilərindən Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib. Sərbəst güləşçilərdən Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (97 kq) finalda uduzublar. Şərifov həm də "Tokio-2020”yə lisenziya qazanıb.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

Facebookdan bizi izləməyi unutmayın.
X