Bolqarıstan millisinə dəvət olunan legionerlərin siyahısı açıqlanıb.
Fanat.Az xəbər verir ki, baş məşqçisi Krasimir Balakov oktyabrın 11-də Monteneqro ilə Podqoritsada, 14-də İngiltərə ilə Sofiyada keçiriləcək "AVRO-2020"nin seçmə mərhələ oyunları üçün xaricdən çağıracağı legionerlərin adlarını açıqlayıb.
Siyahıda "Qarabağ”ın mərkəz yarımmüdafiəçisi Simeon Slavçev də var:
Digər doqquz idmançı bunlardır: İvelin Popov ("Rostov”, Rusiya), Kiril Despodov ("Şturm”, Avstriya), Straxil Popov ("Kasımpaşa”, Türkiyə), Vasil Bojikov ("Slovan”, Slovakiya), Georgi Kostadinov ("Arsenal”, Rusiya), Bojidar Kraev ("Jil Visente”, Portuqaliya), Georgi Sarmov ("Xemnitser”, Almaniya), Georgi Paşov ("Ararat”, Ermənistan), Kamen Hacıyev ("Akademia Puşkaş”, Macarıstan).
Fanat.Az