"AVRO-2020"nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Macarıstan yığması itkilərlə üzləşib.
Fanat.Az xəbər verir ki, "Zalsburq"un yarımmüdafiəçisi Dominik Soboslai və "Zalegerseq"də çıxış edən müdafiəçi Kristian Tamaş zədələnib. Onlar yığmanın toplanışına qatıla bilməyib. Bu oyunçuların yerinə "Debretsen"in formasını geyinən Yanoş Ferentsi komandaya cəlb olunacaq və bu gündən məqşlərə qoşulacaq.
Qeyd edək ki, Macarıstan yığması Xorvatiya ilə oktyabrın 10-da səfərdə, Azərbaycanla isə 3 gün sonra evdə qarşılaşacaq.
Fanat.Az