21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa ilə oyununun hakimləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, UEFA qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadasını tapşırıb.
Oktyabrın 10-da keçiriləcək görüşü Antonio Emanuel Karvalyo Nobre idarə edəcək. Ona yan xətt hakimləri Nuno Pereyra və Bruno Alves Xesus kömək edəcək. Dördüncü hakim funksiyasını Elder Malheyro yerinə yetirəcək.
Fanat.Az