İki qadınlardan ibarət komanda arasında keçirilən yoxlama oyunu ciddi skandalla yadda qalıb.
Fanat.Az xəbər verir ki, meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatan "Tiqres” – "Hyuston Deş” qarşılaşmasından sonra qonaqların futbolçusu Sofiya Uerta tribunada əyləşən fanatlara yaxınlaşıb.
ABŞ millisinin üzvündən futbolkasını istəyən kişi tərəfdar onunla şəkil çəkdirib. Əlini şəkil çəkilən zaman Sofiyanın sinəsinə qoyan fanatın hərəkəti cavabsız qalmayıb. "Tiqre” məhkəməyə müraciət edərək həmin azarkeşin klubun ev oyunlarına gəlməsini yasaqlayıb.
Mətbuatdan gizlədilə bilməyən foto isə manşetlərdən düşmür.
Fanat.Az