Portuqaliya millisi "AVRO-2020"nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Lüksemburqu qəbul edən portuqaliyalılar 3:0 hesablı qələbə qazanıb. Qollara Bernardo Silva, Kriştiano Ronaldo və Qonçalo Quedes imza atıb.
Qeyd edək ki, Ronaldo peşəkar karyerasında 700-cü qolunu vurub. "Qızıl top"un beşqat sahibi 973 oyun keçirib və onların 458-ində qol vurub. Toplam olaraq o, 12 müxtəlif yarışda qol vurub. Klub səviyyəsində o "Yuventus"un heyətində çıxış edir.
Fanat.Az