Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikasının (KXDR) futbol üzrə milli komandaları 29 ildən sonra Pxenyanda qarşılaşıb.
Fanat.Az xəbər verir ki, "DÇ-2022"nin seçmə mərhələsi çərçivəsində baş tutan oyunda hesab açılmayıb. Oyuna azarkeşlər, həmçinin xarici jurnalistlər buraxılmayıb. Amma FIFA prezidenti Canni İnfantino oyunu canlı izləyib.
Qeyd edək ki, bu komandalar "DÇ-2010"un seçmə mərhələsində də eyni qrupa düşüb. Həmin vaxt KXDR rəqibini Çində qəbul edib. 3 turdan sonra H qrupunda liderliyi bölüşən hər iki komandanın hesabında 7 xal var.
Fanat.Az