"Neftçi"nin futbolçuları Donald Gerye və Soni Mustivarın çıxış etdiyi Haiti yığması yoldaşlıq oyunu keçirib.
Fanat.Az xəbər verir ki, komanda Boliviya ilə qarşılaşıb. Boliviyanın Santa Kruz şəhərində keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Strat heyətdə meydana çıxan Mustivar 73-cü dəqiqədə əvəzlənib. Gerye isə 73-cü dəqiqədə meydana daxil olub.
Fanat.Az