Futbol üzrə Ermənistan milli komandasının baş məşqçisi Armen Gülbudaqyants istefa verib.
Fanat.Az xəbər verir ki. bu barədə məlumatı Ermənistan Futbol Federasiyasının rəsmi saytı yayıb.
İstefaya səbəb komandanın "AVRO-2020"nin final mərhələsinə vəsiqə qazanmaması olub.
Qeyd edək ki. Gülbudaqyants 2018-ci ildən Ermənistan millisini çalışdırırdı. Komanda onun başçılığı altında "AVRO-2020"nin seçmə mərhələsində J qrupunda İtaliya, Bosniya və Herseqovina, Finlandiya, Yunanıstan və Lixtenşteynlə mübarizə aparıb. 8 oyunda 10 xal toplayan ermənilər üçüncü pillədə qərarlaşıb.
Fanat.Az